Babək Osmanoğlu Qurbanov (9.06-1939 – 28.03 -2019)
Əməliylə, işiylə, səmimi pak rəftarıyla, elmiylə, mükəmməl savadıyla, ədəbi-ərkanıyla, səbrliliyi ilə, insanlığı ilə,təvazökarlığı ilə, gözü-könlü toxluğuyla, iffətiylə, əxlaqıyla, mərifəti ilə, əsl müslümançılığı ilə,alicənablığı ilə, dərin zəkası ilə, bəşəri bilgilərə sahibliyi ilə, dünyaya xoşməramlı baxışı ilə, ülvi vətən sevgisi ilə, olduğu kimi görünümü ilə. Bütün bu ali kəlmələr xalq şairimiz Osman Sarıvəllinin adına şərəf-şan gətirən vətən övladımız, musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru, professor Babək Sarıvəlli Qurbana aiddir. Qurbanovu Qurban kimi ilk dəfə 2017-ci ilin iyun ayındatələffüz edən şairimiz Oqtay Rzaya da min rəhmət olsun. Telefonla Bakıdan Qaziantepə zəng edərkən Babək müəllimə bu soyadla müraciət etməsini xoş xatirəmdə yaşatmaqdayam dəyərli oxucularım. Osoyadı da biz bu xatirə məqaləmizdə bir daha təkrar etməyi uyğun gördük.
Babək müəllim, Türk dünyasının əsilli-nəcabətli, əsilzadə şəxsiyyət olmaqlaəsl elm xadimidir ki, 53 kitabı, 700-dən artıq elmi məqalələri, elm aləminə gətirdiyi 33 aspirantı, yüzlərlə beynəlxalq simpoziumlarda elmi çıxışları,az öncə qeyd etdiklərimiz dəyərli kəlmələrə layiq olduğunu həyatı və genişşaxəli fəaliyyəti iləispatlamışdır. Babək müəllim Türk dövlətləri arasında mədəni əlaqələrin körpüsü rolunda şanlı-şərəfli bir ömür yaşadı. Bu səbəblə də təmənnasız xidmətləri ilə ürəklərdə, xatirələrdə zühur etməkdə, bu gün də mənəvi olaraq ruhumuzda,sanki aramızda yaşamaqla, onu sevənləri də mənəvi cəhətdən yaşatmaqdadır. Haqq dünyasında olsa da.
“Xalq qəzeti”nin əməkdar jurnalistləri Tahir Aydınoğlu və Namiq Qədimoğlu Əhmədov (soldan 1-ci və 3-cü),Prof.Dr. Babək Osmanoğlu(sağdan 2-ci)Prof.Dr. İlqar Cəmiloğlu(soldan 1-ci),Birinci Beynəlxalq İpəkyolu Akademik Araşdırmalar Simpozyumun açılış mərasimi.
20 sentyabr 2017/ Nevşəhər Hacı Bektaş Vəli Universiteti
Bu məqamda bir faktı qeyd etməyi zəruri hesab edirəm qiymətli oxucularıma. 2010-cu ilin yanvar ayında Bakıda qış tətilində olduğu zaman Babək müəllimi İctimai Tv ilə TRT Avazın ortaq yayını üçün efirə dəvət etmişdilər. Yaxşı xatirimdədir ki, proqramın tanınmış aparıcısı Saleh Bağırov, Babək müəllimdən Türkiyə universitetlərində tədris haqda fərqli suallar verdi. Bu proqramı seyr etdiyim zaman Saleh bəy hətta tələbələri barədə də suallar verəndə sürpriz bir cavab verdi ki, “Mənim çox sayda tələbələrim Ərzurum Atatürk Universitetindən məzun olub, Türkiyənin müxtəlif mədəniyyət ocaqlarında, musiqi qurumlarında fəaliyyətlərini uğurla davam etdirməkdədirlər. Hətta TRT Avaz proqramında gördüyünüz sənətcilər arasında mənim iki tələbəm hal-hazırda indiqanun və skripka alətində ifası ilə bu proqramımızın musiqi hissəsinəzənginlik qazandırmaqdadır.Qanun çalanın adı Turqay Coşqun, skripka çalanın sənətçinin adı isəƏrtoğrul Coşgundur.
İctimai Tv kanalın və Trt Avaz-ın ortaq yayın proqramının aparıcısı Saleh Bağırov, (Sağdan sola) Qanun ifaçısı Turqay Coşqun, skripka çalanın Ərtoğrul Coşgun qardaşları.
Bir neçə il öncə Atatürk Universitetində mənim sinfimdən məzun olmuşlar. İndi isə canlı efirdəsəs sənətcisi Zəfər Albayrağı necə gözəl müşayiət etməsini dinləyirsiniz. Bu gözlənilməz cavab təbii ki, etibarlı tələbələri üçün də sürpriz oldu və canlı bağlantı ilə Babək müəllimin tələbəsi olduqlarını seyircilər qarşısında səmimiyyəti ilə etiraf etdilər. Bu xatirəm həqiqətən də Babək müəllimin bir elm adamı kimi, pedaqoq kimi Türkiyə Azərbaycan arasında mənəvi-mədəni əlaqələrinin inkişafında bir körpü rolunu oynadığını əməli fəaliyyəti, şərəfli xidməti və elmi yazıları ilə hər zaman ispat etmişdir.
Xoş xatirələr bitmir, tükənmir əziz oxucularım. İnsanlığın ali dərgahında məqam almış Osmanoğlu Babək müəllim barədə hər zaman bəhs edərkən. Onu yaxından uzaqdan tanıyanlar, məqalələri kitabları ilə tanış olanlar bu azman ustadımızın bilgisinə, məfkurəsinə, təxəyyülünə heyrət etmişdilər sağlığında. Çünki yazılan elmi əsərlər, çoxsaydakı aktual məqalələr millətimizin övladlarına əmanət olmaqla bahəm, həm də Türk elm camiasında da özünə layiqincə dəyər qazandırmışdır. Neçə-neçə kitabları, çoxsayda elmi məqalələri gah Rusuyada, gah Azərbaycanda, gah da Türkiyədə yayınlanaraq elmi ictimaiyyətin diqqətini özünə çəkə bilmişdir. Buna görə də ismi keçən ölkələrin elm adamları arasında Azərbaycanlı alim, müəllim, estetik, filosof, musiqişünas kimi rəğbət görmüşdür.
Sağlığında ünsiyyət qurduğu müxtəlif elm sahəsinin alimləri; xüsusən də filosoflar, musiqişünaslar, folklorşünaslar, aşıqşanaslar, ədəbiyyatşünaslar, tarixçilər, bəstəkarlarBabək müəllimin adı gələn yerlərdəhər zaman hörmətlə, iftixarla yad etməkdə, səmimi xoş sözlərini dilə gətirməkdədirlər. Çünki Azərbaycanımıza layiq elm xadimi kimi öz əslini, soyunu keçən əsrin altmışıncı illərdən günümüzədək ləyaqətlə, qeyrətlə təmsil etməyə müvəffəq olmuşdur əziz oxucularım. Bu baxımdan Babək Osmanoğlu Azərbaycan mədəniyyət tariximizin şanlı-şərəfli səhifəsində yer almasını vətənimizin bir çox tanınmış elm xadimləri də bu gerçək həqiqətə layiq olduğunu səmimiyyəti ilə etiraf etməkdədirlər.
Parlaq bir günəş idi aramızada yandı, nur saçdı elm dünyamızda. İşığının ziyası gah Özbəkistana, gah Qazaxıstana, gah Türkmənistana, gah Rusyaya(hətda Kalmık muxtar respublikasına belə), gah Gürcüstana, gah da Anadoluya və İrana da gedib çıxdı. Bu ziyanı təmsiledən folklorumuza, musiqişünaslığımıza, aşıqşünaslığımıza, estetikamıza, etikamıza, professional musiqimizə, ədəbiyyatımıza, tariximizə, şeiriyyətimizədair yazıb sonrakı nəsillər üçün ərmağan etdiyi müxtəlif elmi məqalələrlə özünü göstərməkdədir. Hər mövzuda elmi məqalə yazmaq üçün də zəngin elmi bilgilərə sahib olmaq gərəkdir. Bunlar hamısı Babək Qurbanda cəm olmuşdu. Buna görə də elmiliyi ilə yüklənmiş aktual mövzudakı məqalələri peşəkarlığı ilə həmən seçilirdi, həssas elm xadimlərimizin də etiraf etdiyi kimi. Nə yazdısa dərin yazdı, mənalı yazdı, anlamlı, faktlara əsaslanaraqdoğru-dürüst, sərrast, səriştəli yazdı. Elm dünyasında məntiqə dayananfikir axıcılığını heç bir zaman qırmadı, pozmadı. Daima yazdı, yaratdı ki, gələcək nəsillərimiz üçüntöhvə olsun, oxusun, öyrənsin, istifadə etsin elmi məqalələrini, elmi əsərlərini. Bu baxımdan da zəngin elmi miras ərmağan etdi xalqına, millətinə, Anadolu insanına. Heç bir təmənna güdmədən, möhtəşəm bir elmə bələnmişbeləcə sadə ömür yaşadı bizim Babək Sarıvəllimiz. Hər kəs bəxtəvərlik verirdi ki, Osman qağanın adına layiq xidmətlər göstərib. Əslində isə nəinki Osman Sarıvəlli ocağını, eyni zamanda 2-ci Şıxlı kəndini, nədə ki, Qazax elini təmsil edirdi Babək müəllim. O eyni zamanda ana Vətənimizi, millətimizi, kültürümüzü, adət-ənənələrimizi hər məkanda uğurla, başarı ilətəmsil edirdi. Özü də layiqincə, ləyaqətlə, qeyrətlə. Sanki bir Dədə Qorqud misali kimi öz aramızda bir adi insan kimi yaşamaqda, ömür-gün sürməkdə idi 2019-cu ilin 28 martına kimi. O gündən sonra mənəvi dünyamız qaraldı, Babək Osmanoğlu günəşimizin işığı öləziyib nəhayətki, söndü həmin gecə bir anda. İndi isə xatirə məqaləsinə üz tutmuşuq Babək müəllimlə bağlı yazı yazmaq istədik, Odlar Diyarımızın insanlarının oxuyub bu alicənab ağsaqqal-nurani insanımızı bir az da yaxından tanıması üçün.
Ərzurum Universitetində və Qaziantep Universitetindəbirgə çalışdığımız dönəmdə 16 Azərbaycanlı müəllimlərimizlə yanaşı Türk müəllimlərinin və tələbələrinin də ağsaqqalıolaraq müşahidə etdim Babək Osmanoğlunu. Hər bir elm adamları bəzi məsələlərdə Babək müəllimin fikirlərinə ehtiyac duyurduğu zaman dəyərli məsləhətlər alardılar. Heç bir zaman xoşməramlı tövsiyələrini birkimsədən əsirgəmədi. Səxavətlə payladı günəş ziyasını saçan kimi. Çünki zəngin bir təcrübə əldə etmişdi həyatı boyu.
27 yaşında fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə etdiyi ərəfədə yayınlanmış avtoreferatı gördüyümdə səmimiyyətimlə etiraf edim ki, heyrətə gəldim. Çünki bu yaşda bir çox gənclərimiz təəssüf ki, hələ təhsil aldığı universitetdən məzun ola bilməyənlər də vardır müəyyən problemlərdən dolayı. Lakin Babək müəllimin bu yaşda elm aləminə inamlı addımlarla qədəm qoyması sanki amalının, böyük elm xadimi olacağının xəritəsinin, öncədən planlaşmış məramınıngöstərgəsi idi. Və həyatı boyu bu xəritəyə, bu plana sahib çıxdı, sağa-sola sapmadan. Bir istiqamətdə doğru yolla addımladı ömür boyu Babək müəllim. Bir çox universitetlərdə əsl pedaqoq kimi dərs deməsi,bu ülvi arzuların təsadüfi olmadığını göstərirdi illər keçdikcə. Gah Elmlər Akademiyasının Fəlsəfə Hüquq insitutunda, gah Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda(o dönəmdə belə adlanırdı), bir müddət Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1978-1984)(hal-hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası adlanır). Azərbaycanımız müstəqillik əldə etdikdən sonra Ərzurum Atatürk Universitetində (1992-2008), gah da Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında (2008-2017)filosof-musiqişünas alim kimi geniş şaxəli fəaliyyəti ilə müəllimlərimizin rəğbətini qazandı.Və bu məramla da Türkiyədə 2015-ci ildə “Türk Dünyasına Xidmət Mükafatı”na layiq görüldü. Bir çox beynəlxalq konqreslərdə isə aktual mövzulardakıfərqli məruzələrlə digər yabancı alimlərin marağını da öz üzərinə çəkmişdi yaşdığı illərdə Babək Bəy. Bu səbəblə də Anadolu elm adamları ilə yanaşı xarici ölkə alimləri ilə də sıxı təmas qurduğunun şahidi olduğumu etiraf etməliyəm qiymətli oxucularımıza.
(Sağdan sola) Prof.Dr. İlqar Cəmiloğlu, Qaziantep Universiteti T.M.DKonservatoriyasının müdir yardımcısı Yusif Özbaş, Prof.Dr. Babək Osmanoğlu və Dədə Şəmşir heykəlinin yapan Əhməd Şimşək
Gələn il 85 yaşı tamam olur Babək müəllimin. İnanıramki2018-ci ildə Qaziantepdən Bakıya göndərdiyimiz 50 saydakı şəxsi əşyaları olan yükləri arasında yer alan yayınlanmış və yayınlanmamış çox sayda elmi məqalələri, əlyama halındakı əsərləri,müxtəlif illərdə nəşr olunmuş kitabları Qazaxda təşkil olunacaq muzeydə sərgilənəcək ki, bu da Babək müəllimin ruhunu şad etməklə üzərimizə düşən vəfa borcumuzu yerinə yetirmək əlaməti kimi dəyərləndirilməlidir. Bu məsələnin qısa bir zamanda uğurla həll olunacağına inanmım böyükdür, əziz oxucularım. Çünki Osman Sarıvəlli ocağında professor vəzifəsində Babək Qurbanov və Rafiq Qurbanov kimi iki nəhəng elm xadimləri və Azərbaycanımızınbir xalq şairi vətənimizin başı üzərində üç rəngli bayrağmız kimi dalğalanmaqdadır. Əlaqədar təşkilatların əlbirliyi, dilbirliyi, fikirbirliyi, işbirliyi ilə İnş Allah “Sarıvəllilər müzeyi” adında bir mədəniyyət mərkəzi statusundakı muzey gənclərimizin yararlanmasına xidmətedə bilmə məramı ilə fəaliyyətə başlayacaq. Ümidvaram bu arzum ən qısa zamanda yerinə yetiriləcək. Ustadlarımız bir atalar sözündə: “El gücü, sel gecü”- demişlər. Mən atalarımızın bu mübarək kəlamına hər zaman cani-könüldən inanmışam.
İkinci Şıxlı kənd qəbristanlığında yanaşı uyuduğunuz mübarək məkanınız cənnət,Ruhunuz şadolsun xalq şairimiz Osman qağa, Rafiq Gurbanov, Babək Qurban Sarıvəlli. Sizin fərqli mövzulardakı məzmunlu əsərlərdən öyrəniləcək çox maraqlı fikirlər, elmimizin inkişafı üçün tətbiq ediləsi qiymətli mətləblər gənclərimizə ərmağan olmalıdır, faydalana bilmək baxımından.Bu anım məqaləmi türk təbiri ilə yekunlaşdırmaq istərəm. “Hər işdə bir xeyir vardır”.
Prof.Dr. Babək Osmanoğlu və Prof.Dr. İlqar Cəmiloğlu 15.09 – 2014
2016 ilində 9 iyun tarixində ad günü münasibəti ilə yazdığım “Osman oğlu Babək müəllim”adlı şeirim də qoy ruhuna ərmağan olsun Babək müəllim!
Alimlәrin alimisәn,
Osmanoğlu Babәk müәllim.
Xasiyyәtindә hәlimsәn,
Osmanoğlu Babәk müәllim.
Gәnc ikәn elmә atıldın,
Kitabxanada tapıldın,
Konqrelәrә qatıldın,
Osmanoğlu Babәk müәllim.
Bir ziyalıtәk yetişdin,
Bülbüllәr kimi ötüşdün.
Hәqiqi elmlә bitişdin,
Osmanoğlu Babәk müәllim.
Heyrәt qaldım biliyinә,
Hәm geninә, iliyinә,
Qәlәm kimi çәliyinә,
Osmanoğlu Babәk müәllim.
Elmimizdә bir mayaqsan,
Aspirantlara dayaqsan,
Hәr kәşfindә sәn oyaqsan,
Osmanoğlu Babәk müәllim.
İnsanlıqdan ayrılmadın,
Axtarışdan yorulmadın,
Bütöv oldun, yarılmadın,
Osmanoğlu Babәk müәllim.
Elmin dәryasında doldun,
İkinci bir Babәk oldun.
Daim zәfәr tәbli çaldın,
Osmanoğlu Babәk müәllim.
Qәlbimizdә çiçәk açdın,
Günәş kimi ziya saçdın.
Elmin arxasınca qaçdın,
Osmanoğlu Babәk müәllim.
Etibarlı bir insansan,
Hamıya canı yanansan,
Bu sözümә gәl inan sәn,
Osmanoğlu Babәk müәllim.
Vәtәnimin iftixarı,
Qüdsiyyәtin şah vüqarı.
Heç sevmәdin saxtakarı,
Osmanoğlu Babәk müәllim.
Elm alәmindә yarışdın,
Zәhmәt tәrinә bulaşdın.
Küsmәk nәdir, sәn barışdın?!
Osmanoğlu Babәk müәllim.
Fәlsәfәdә peyda oldun,
Bülbül kimi şeyda oldun.
Xeyir verdin, fayda oldun,
Osmanoğlu Babәk müәllim.
Doğma dayımdan әzәlsәn,
Özün bir dastan, qәzәlsәn.
Mәramı xoşsan, gözәlsәn,
Osmanoğlu Babәk müәllim.
Müdrik düşüncәn nur saçır,
Qәlәmin әldә gül açır.
Yuxun hәr gün әrşә qaçır,
Osmanoğlu Babәk müәllim.
Usanmadınmı yazmaqdan?
Elmin gorunu qazmaqdan?
Qorxdun Haqq yolun azmaqdan,
Osmanoğlu Babәk müәllim.
Sәn Şıxlıda cücәrmisәn,
Sәnәtdә bağ becәrmisәn.
Pürrәngi çay içәrmisәn?
Osmanoğlu Babәk müәllim.
Dostlarının sayı çoxdur,
Düşmәnin gözünә oxdur.
Sәnә tay olası yoxdur,
Osmanoğlu Babәk müәllim.
Adın gәzir dilimizdә,
Sәdan gәlir elimizdә.
Hәr fәsildә, ilimizdә,
Osmanoğlu Babәk müәllim.
Sevmәyәnlәrin xar olsun.
Yeri mәzarda dar olsun,
Taleh sәnә qoy yar olsun,
Osmanoğlu Babәk müәllim.
Nә iş gördün, doğru gördün,
Musiqimdә çәlәng hördün.
Sadәcә bir hәyat sürdün,
Osmanoğlu Babәk müәllim.
Xoşbәxt insandan birisәn,
Müqәddәsliyin pirisәn,
Xırda deyil, ip-irisәn,
Osmanoğlu Babәk müәllim.
Hәr işindә memar oldun,
Beton, polad, dәmir oldun,
Xaqan, Teymur әmir oldun.
Osmanoğlu Babәk müәllim.
Qağam dedi yüzә çatın,
Az ömrün daşını atın.
Sevinci-nәşәyә qatın,
Osmanoğlu Babәk müәllim.
Sәn İlqarın Babәkisәn,
Özgә deyil, bizimkisәn.
Elmdә ağır çәkisәn,
Osmanoğlu Babәk müәllim.
İLQAR CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq elmləri doktoru, professor,
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi
Türk Xalq musiqisinə xidmət mükâfatçısı
26. 03 – 2023 saat 11.50
İstanbul