Türkiyə Cümhuriyyətinin 100 ilinə ən böyük töhfə Türk Ocaqları Genəl Mərkəzi tərəfindən hazırlanan, naşiri professor Ayşe Filiz Yavuz, məsul müdiri Kadir Çimen olan iki cilddə çap olunan "Türk Yurdu Ankara" kitabıdır.
Kitab Ankaranın tarixi, sosial durumu, qədim yurd yerləri, abidələri, muzeyləri və mədəniyyətini əhatə edən sanballı nəşrdir. Tanınmış tarixçi alimlərin, etnoqrafların, müzeyşünasların, bibloqrafların məqalələrindən ibarət olan kitab Ankaranı dünyaya tanıdacaq, bilinməsi gərəkən faktları aydın izahla oxuculara çatdıracaq mükəmməl yaradıcılıq nümunəsidir.