"Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli Fransanın yüksək ordeni ilə təltif olunub.
Bakupost.az xəbər verir ki, bu barədə o, özü məlumat paylaşıb:
“Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunmuşam. Bu mənim ucun tam gözlənilməz oldu. Orden mayın 4-də təqdim ediləcək.
Etimada görə Fransa dövlətinə təşəkkür edirəm”.