Xalq şairi Baba Vəziroğlunun illər əvvəl “Xalqın şairi” verilişində Hüseyn Ariflə bağlı səsləndirdiyi fikirlər yenidən gündəm olub.
“Sherg.az” xəbər verir ki, şair mərhum həmkarının yaradıcılığındakı bəzi məqamlardan danışıb.
İştirakçıya fikir bildirən B.Vəziroğlu deyib ki, Hüseyn Arif bəzi şeirlərində ayrıldığı sevgilisinin yeni münasibət qurduğu şəxslə bağlı misralar yazıb:
“Rəhmətlik Hüseyn Arifdə də belə nüanslar var idi. Məsələn, bir şeirində deyir ki, məndən yaxşısını sevəydin barı. Ümumiyyətlə şairlərimizdə elə xəstəlik var. Deyən lazımdır ki, ay bala, sən münasibətini kəsmisən, nəyinə lazımdır sonrakı, səndən yaxşıdır, ya pisdir. Bunu kim müəyyənləşdirir?!”.