Elmira Axundovanın portretinə yazıçı ştrixləri... - Elxan Zal Qaraxan yazır

AYB-nin Natəvan klubunda Heydər Əliyevin 100 illiyi ilə bağlı buraxılan xatirə kitabının təqdimatı keçirilirdi. Kitabda Yazıçılalar Birliyinin üzvü olan bir çox qələm və fikir adamlarının Ümummilli lider barədə müxtəlif illərdə yazdıqları yazılar toplanıb. Anar, Elçin, İsa Həbibbəyli, Elmira Axundova..., qısası mən qarışıq çox adamların yazıları vardı bu kitabda. Tədbirdə Elmira xanım Axundova ilə yanaşı oturmuşduq, xətiblərin çıxışları bir-biri sıralayırdı, biz də dinləyirdik və söhbətlər əsnasında qəfil bir fikir yaxaladı düşüncəmi: Görəsən Heydər Əliyev xatirəsi önündə məclisdə və ya kitabda yazıları çıxanlar arasında neçə adam, yanımda əyləşmiş bu gözəl və füsunkar xanım qədər əmək sərf edib? 

Hər halda çox olmaz-deyə düşündüm, çünki Elmira Axundova deyəndə adamın fikrinə ilk öncə - Heydər Əliyevin  bioqrafıməvhumu gəlir. Elmira xanım sözün əsl mənasında Heydər Əliyev irsinin araşdırılmasına bir ömür həsr edib, hər halda yeddi cild bədii-bioqrafiktədqiqat işi yazıb nəşr etdirmək elə-belə məsələ deyil. 

Elmira Axundova dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə çap edilmiş qırxa yaxın bioqrafik, siyasi detektiv, bədii-publisist və sənədli tarixi roman janrında kitabların müəllifidir, amma Heydər Əliyev barədə yazdığı çoxcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsəri hələlik onun “şah əsəri” hesab edilir. Zənnimcə bu əsər yalnız Heydər Əliyev barədə bioqrafik tədqiqat deyil, böyük və maraqlı bir Epoxanın möhtəşəm səlnaməsidir.

Əsərin 2007-ci il nəşrlərinə önsöz yazmış böyük dostumuz, görkəmli qazax şairi Oljas Suleymenov bu möhtəşəm səlnamə barədə belə deyir: “Mənəvi və bədii axtarışları və imkanları maksimal dərəcədə ifadə edən əsər müəll-ifin şah əsəri hesab edilir. Hər yazıçının şah əsəri olmur və ola da bilməz.Qələm adamlarının özlərinə verdikləri qiymətlə oxucuların ona verdiyi qiymət heç də həmişə üst-üstə düşmür.Amma bu əsərdə əks olunan  gerçək hekayətlərin səmimiliyi, açıqlığı, hadisələrin şahidlərini dilləndirməyi bacarmış müəllifin qeyri-adi ustalığı sayəsində sözün həqiqi mənasında sanballı sənədli proza nümunəsi və yazıçı-publisistin şah əsəri olan bir roman ərsəyə gəlib”. 

Oljasdan söz düşmüşkən, mən Elmira xanımla ilk dəfə əyani şəkildə Oljas Suleymenovun yubililey tədbirində tanış olmuşam. Azərbaycanın intelektual elitasının iştirakı ilə keçirilən tədbir, Qəbələdə, “Qafqaz” otelində keçirilirdi və aparıcı qismində də Elmira Axundova çıxış edirdi. 

Mən Oljas Suleymenov poeziyasının çox böyük qismini azərbaycancaya çevirmiş bir şair olaraq tam məsuliyyətlə deyə bilərəm ki, Elmira xanım onun poeziyasına çox dərindən bələd olan bir insandır. Tədbirdə Oljas poeziyasından böyük sevgi ilə danışan Elmira xanım əzbərdən söyləyirdi onun şeirlərini. Və onun ifasında artistizm, saxtakarlıq yox idi, o ürəkdən danışırdı, şeirləri ürəkdən deyirdi. Ümumən, yaxşı bilirəm ki, mənim tanıdığım Elmira Axundova nə edirsə etsin, onu ürəkdən, sevə-sevə edir. Məncə bu xüsusiyyət yalnız həyatda deyi, yaradıcılıqda da onun böyük üstünlüyüdür.Oljasın “Mən xalqa heç vaxt yalan danışmadım” misrası bitən bir şeirini  deyəndən sonra isə onun gözlərindən yaş gəldi, çünki onun könül dünyası doğruluğa təşnədir. Möhtəşəm poeziyanın verdiyi mükafat-iki damla yaş! Bax budur ədəbiyyat, bax budur sənət. İçində sevgi və səmimiyyət olmayan adam böyük sənətkar ola bilməz. 

İndi, Elmira Axundovanın yazılarını oxuyarkən Qəbələdəki həmin an keçir xəyalımdam, səhifədən-səhifəyə keçdikcə onu daha yaxşı tanımağa başlayıram, səmimiyyətinin aurasında əriyirəm sanki. Bir insan, yazıçı öncəözüyazdıqlarına bütün varlığı ilə inanmasa, oxucuları da inandıra bilməz. Amma o inandırır, çünki inandığı şeylərdən yazır, gənc yazıçı Kəramətdən də yazanda, Azərbaycan tarixinin gəlib getmiş ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyevdəndə yazanda bunu eyni sevgi, eyni səmimiyyətlə edir. Tarixdə, antik dövrdən başlayaraq bu günə kimi hökmdarlar barədə yüzlərlə, bəlkə də minlərlə əsərləryazılıb, amma yalnız bunu bədii şəkildə gələcək nəsillərə çatdıra bilən yazıçılar çıxıb zamanın sınağından. Deyərdim ki, Herodotun, Ktesiyin, Strabonun, Plutarxın, Rəşidəddinin və bu qəbildən olan çoxsaylı yazıçıların yazdıqları faktoloji xronikalar deyil, bədii sənət nümunələridir, yəni ədəbiyyatın bir janrıdır. Ya götürək Firdovsinin “Şahnamə”sini, Nizaminin “Xəmsə”sini, bunlar da bir növ qədim hökmdarlar, Keyxosrov, İskəndər, Xosrov Pərviz, Bəhran Gur və başqaları barədə bioqrafiq romanlardır. Hər yazıçı yaradıılığında öz üslubuna uyğun olaraq bir janr seçir. Akademik İsa Həbibbəyli Elmira Axundovanın yazdığı kitabların janrını sənədli-bioqrafiq-roman-tədqiqat kimi xarakterizə edir. Mən bilən, əvvəllər bizdə belə bir janrda yazanlar olmayıb, yəni Elmira xanım bu janrın pioneridir. Əlbəttə janra ad qoymaq ədəbiyyatşünasların işidir, mənim anlamımda isə yazıçı yazısına başlayanda heç zaman janr barədə düşünməz, janrı yazıçının üslubu və ortaya qoyduğu mətn müəyyən edir. Forma baxımından mən Elmira xanımın “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyasını Çingiz xan xanədanının bioqrafı, daha dəqiq desək səlnaməçisi, bu janrın dünya tarixində ən böyük nümamayəndələrindən olanFəzlullah Rəşidəddinin “Cəmi ət təvarix” əsəri ilə müqayisə edərdim. Təbrizdə, Elxanilər sarayında yazıb yaratmış Rəşidəddinin əsərini də, İsa müəllimin təbirincə decək “sənətli-bioqrafiq-roman-tədqiqat” adlandırmaq olar, çünki Rəşidəddin öz ölməz əsərində Çingizxanın bioqrafiyası fonunda bütöv bir dönəmin, bütöv bir epoxanın tarixini bədii bir şəkildə ortaya qoyub. Heç bilmirəm nəyə körə Rəşidəddinlə eyni dövrdə, eyni xanədana xidmət eləmiş Nəsirəddin Tusi Azərbaycanda geniş təbliğ olunur, Rəşidəddinə isə ögey bir münasibət var. Hər halda Rəşidəddinin Azərbaycana aidiyyatı Nəsirəddin Tusininkindən heç də az deyil. Amma maraqlıdır ki, Rəşidəddinin ortaya qoyduğu üslub yüz illər keçəndən sonra azərbaycanlı yazıçı Elmira Axundovanın yaradıcılığıda yenidən təcəlla elədi. Nə bilim, bəlkə də burada mənəvi varislikdən başqa bir genetik varislikdə var. 

Hər halda Elmira xanımın əcdadlarının yaşadığı Masallı Təbrizdən o qədər də uzaqda deyil. Nə bilim vallah, hər şeyin doğrusunu bilən yalnız Allahdır. Amma Elmira Axundova da eynən Fəzlullah Rəşidəddin kimi, Heydər Əliyev şəxsiyyətinin fonunda Onun yaşadığı böyük bir dönəmin, böyük bir epoxanın səlnaməsini yaradır. 
Hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyası ortaya çıxmamışdan öncə, 2003- cü ildə onun “Həqiqət anı” kitabı çıxmışdı. Elmira xanım  Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlayıb. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən olub. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Sonradan Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən bu analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı bu kitabında toplandı. Bu kitab haqqında rəy bildirən insanların əksəriyyəti buradakı materialların obyektivliyini və səmimiyyətini xüsusi vurğuladılar. 

Kitaba ön söz yazmış Vaqif Səmədoğlu da onun yaradıcılığının bu aspektini xüsusi qeyd edir və bildirir ki: 

“Həqiqər anı” kitabının əsas qəhrəmanı şübbhəsis ki, Epoxadır”. Elmira Axundovanı Azərbaycan publisistikasının ən nüfuzlu, ən istedadlı nümayəndələrindən biri olduğunu xüsusi qeyd edən böyük Ustad, fransızlar demiş, metr Vaqif Səmədoğlu, onun “Həqiqət anı”nda toplanmış, prezident Heydər Əliyevin fəaliyyətini əks etdirən və Azərbaycan və Rusiyada dərc edilən yazılarını yalançı pafosdan, yaltaq ibarələrdən uzaq əsərlər kimi dəyərləndirir. Vaqif Səmədoğluna yaxşı bələd olanlar bilirlər ki, o həyatı boyu heç kim barədə yalançı bir cümlə də yazmayıb, çünki istedadlı yazı barədə onun öz baxış bucağı vardı. Böyük Ustad mənim “Torqovu peyzajı” kitabıma da ön söz yazıb və bu aspektdən baxanda Elmira xanımla aramızda bir doğmalıqda var – hər ikimizVaqif Səmədoğlunun barəsində söz yazdığı nadir adamlardanıq və mən yəqin bilirəm ki, Vaqif qağa Elmira xanımın yazılarındakı sevginini və səmimiliyigörməsəydi, duymasaydı  onlar barədə söz deməzdi. Amma Elmira Axundova sevgi və səmimiyyətini mətnə hopdurmağı bacaran yaradıcılardandır. Bu sevgi və səmimiyyət sonradan çoxcildlik bir epopeya ortaya çıxardı və cəmiyyət də bu əsərləri sevdi, çünki kiminsə sevgisini qazanmaqüçün öncə gərək özün sevməyi bacarasan.  Əlbəttə, Heydər Əliyev kimi qlobal bir şəxsiyyət barədə sənədli-bioqrafiq-roman-tədqiqat əsəri yazmaq üçün yalnız sevgi və səmimiyyət yetərli olmaz, bu iş həm də böyük istedad, ustalıq və zəhmət tələb edir. Bu prosesdə gərək yüzlərlə arxiv materialları ilə işləyəsən, müxtəlif ölkələrdə Heydər Əliyevi tanıyan saysız hesabsız insanla görüşəsən, sonra toplanan materialları saf-çarük edəsən və bundan sonra yazmağa başlayasan. Bütün bunlar böyük zəhmət,ustalıq və istedad tələb edir. Zənnimcə, Elmira xanım bu işin öhdəsindən ləyaqətlə gəlib. Tanınmış yazıçı Natiq Rəsulzadənin qeyd etdiyi kimi, “Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu bu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zənginolmayan bir dənə də olsun məqam, bir dənə də  “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri mümkündür, dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestreller, bütün dövrlərin ənyaxşı bestseller kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır”.

Sözün düzü, cəsarətlə demək olar ki, Elmira xanım yalnız dövlət başçılarımızın bioqrafı  deyil, deyərdimki, müstəqil Azərbaycan dövlətçiliyinin hələ ki, ilk səlnaməçisidir. Onun son kitablarından olan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..."də etiraf etdiyinə görə, bu səlnamələri yaratmaq istəyinin kökü məhz mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı  olsun.
Zaman göstərdi ki, Elmira AxundovaOnun arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaqla yalnız həmin vaxta qədər yazılanları, arxiv  materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbətlər elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət olacaq altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını ortaya qoydu. Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminliklə demək olar ki,  onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək.

Bütün bunlar böyük, titanık zəhmək tələb edir, deyirəm, yazılanlara görə Rəşidəddin “Cəmi ət-təvarixi”  yazanda onun sərəncamına böyük “yazarlar və alimlər ordusu” verilmişdi. Bilmirəm Elmira xanımın sərəncamında belə “alim ordusu” olubmu, amma o gördüyü çətin işin öhdəsindən çox böyük ustalıqla gəlib. Bu əsərlər barədə fikirlərini bölüşən akademik İsa Həbibbəyli bildirir ki, müəllif “öz fədakar əməyi nəticəsində bütöv bir elmi tədqiqat institunun fəaliyyətinə bərabər iş görüb”. Tanınmış rus tarixçisi Roy Medvedev də Elmira xanımın yaradıcılığı və ustalığı qarşısında öz heyrətini gizləyə bilmir: “Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram. Sovet və Rusiya Olimpinin demək olar ki, bütün liderləri barədə yazmışam. Lakin bizm janrda indiyə qədər belə kitab olmayıb. Qətiyyətlə deyə bilərəm ki, bu kitablar, liderlərbarədə kitabların ən yaxşısıdır”.

Ümumiyyətlə yazmaq, yaratmaq Elmira xanımın stixiyasıdır, o bir an da yaradıcılıqdan qalmır, yazdığı "İlham Əliyev: Dəyişikliklər fonunda Prezidentin portreti" kitabı da indiyə qədər bir çox xarici dillərə  tərcümə edilib.

Bu günlərdə isə E. Axundovanın "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..." adlı yeni bir kitabı da çıxdı.Burada hər biri bir insan taleyinə işıq salan, maraqlı və cəlbedici üslubda qələmə alınmış portret-oçerklər toplanıb. Kitabdakı məqalə və oçerklərdə ədəbiyyat, elm, mədəniyyət sahəsində fəaliyət göstərmiş, bu gün də ön səflərdə olan onlarla insanın biri-birindən maraqlı, görümlü portretləri yaradılıb. Həmin "söz tablolarını" birləşdirən ümumi mənəvi-psixoloji cəhət - əgər bir kəlmə ilə ifadə etmək lazım gəlsə, qədirbilənlik adlandırıla bilər. Çünki Elmira Axundova milli mədəniyyətə xidmət etmiş, xalqın tarixində kiçik də olsa iz qoymuş hər bir sənət fədaisinin, qələm adamının, ictimai-siyasi xadimin həqiqi və layiqli qiymətini almasına çalışan bir insandır. 

Tanınmış qələm adamları İsmayıl Şıxlı, Anar, Elçin, Vidadi Babanlı, Məmməd Oruc, Vilayət Quliyev haqqındakı məqalələri və portret ştrixləri ədəbi duyumun həssaslığı, ədəbiyyatın borc və vəzifələrinə baxış prinsipiallığı ilə seçilir. Bu oçerklərdə diqqəti çəkən başqa bir mühüm cəhət isə onun məşğulluğuna və məşhurluğuna baxmayaraq, ədəbi həyatın gündəlik qayğıları ilə yaşamağı bacarmasıdır.Professor Arif Hacıyev,  Siyavuş Məmmədzadə,  tənqidçi  Həsən Quliyev,  naşir və tərcüməçi Azər Mustafazadə, Yusif və Vaqif Səmədoğlular, rejissor Əli Qafarov,  jurnalist Elmira Əmrahqızı kimi insanlar haqda işıqlı-kədərli rekviyemləri təəssüf və ağrı hissi keçirmədən oxumaq olmur.
Azərbaycanın dostları və təbliğatçıları kimi tanınan məşhur qazax şairi Oljas Suleymenev, tənqidçi-publisist, "Literaturnaya qazeta"nın xüsusi müxbiri Lyudmila Lavrova, İsraildə milli maraqlarımızın ehtiraslı müdafiəçisi Arye Qut, hərb tariximizə dair qiymətli araşdırmaların müəllifi Rudolf İvanov, daim haqq işimizin tərəfdarı kimi gördüyümüz Qalina Mikeladze nəcib, minnətdar boyalarla təqdim edilir.

Mövzuya müraciət səbəbləri müxtəlif olsa da, məqalələrin hamısını birləşdirən bir ümumi cəhət var - "xalq öz qəhrəmanlarını tanımalıdır".  

Gizli deyil ki, yaxşı tanıdığın, eyni zamanda cəmiyyətdə yetərincə tanınan insanlar haqda danışmaq asan olduğu qədər də çətindir. Bu kitab, görkəmli ədəbiyyatşünas və diplomat Vilayət Quliyevin qeyd etdiyi kimi, "tanış üzlər" mövzusunda tanış olmadığımız, bilmədiyimiz faktlar, müşahidə və təəssüratlar toplusudur. Özünəməxsus ensiklopediyadır, cəlbedici ədəbi-bədii soraq kitabçasıdır, kədəri və sevinci, acıları və qürur hissi ilə dolu bütöv bir insan tipləri  qalereyasıdır.

Gördüyümüz kimi böyük yazıçı, yorulmaz publisist, gözəl qadın, ən əsası isə əqidəsinə, Vətəninə sadiq insan olan Elmirə Axundova yaşadığımız zamanın səlnamələrini yaratmaqla bərabər, müasirlərinin, qələm yoldaşlarının da təkrarsız portretlərini yaradır. Bu yazı da mənim Elmira xanımın təkrarsız portretinə əlavə etdiyim ştrixlərdir. 

 Elxan Zal Qaraxan yazır