Uşaq ədəbiyyatı hər bir cəmiyətin gələçəyinin formalaşması təməlidir. Çünki uşaq beyni saf, təmiz olur və gördüyü, oxuduğu hadisələr gələçək həyatına təsirsiz ötüşmür. Azərbaycan uşaq ədəbiyyatının bu günü barəsində şair Qəşəm Nəcəfzadədən daha yaxşı danışanı tapa bilmədik. "Sherg.az" müsahibəni təqdim edir.
-Uşaqların ədəbiyyata marağını artırmaq üçün nə etməliyik? Ədəbi mühitimizdə uşaq nəşrləri ehtiyaclara cavab verirmi?
- İlk növbədə bu gün uşaq hüquqlarını beynəlxalq müdafiəsi günüdür. Hər bir körpə balamızı təbrik edirəm. Düzdür , Azərbaycanda hər zaman uşaqlara qayğı ilə yanaşılıb. Bu gün də əsl uşaqlıq dövrünü yaşamaq üçün onların, baxçası, kitabı, şeiri və verlişi olmalıdır. Yəni uşaqlara ən böyük xidmət yaxşı şeirlərin və kitabların yazılmasıdır. Kitablarla yanaşı , uşaqların günlərini telefonda keçirməməsi üçün çizgi filmləri çəkilməli və nağıllar səhnələşdirilməlidir. Uşaq oyuncaqlarla oynaya bilər, ancaq onun mənəviyyatı da zənginləşməlidir. Bu isə nağıllardan, şeirlərdən və poemalardan keçir. Digər tərəfdən bağçalarda, orta məktəblərdə uşaq yazarları ilə görüşlər keçirilməlidir. Düzdür, bəzən bu tədbirlər keçirilir, ancaq kifayət qədər deyil. Hələ bizim dövrümüzdə məktəblərə "avto dükan" gəlirdi. Onlar sürücü, satıcı və aktyordan ibarət idi. Bu "avto dükanlar" televiziyanın işini görürdü. Bu gün kitablarımız ucqar zonalara catmır . Ancaq "avto dükan" hər yeri gəzərək uşaqların təlim-tərbiyəsinə təsir göstərir. Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi birlikdə bu işi qura bilər. Bu mənim ən böyük arzumdur və dəfələrlə səsləndirmişəm.
-Günümüzdə uşaq ədəbiyyatına maraq hansı səviyyədədir?
-İndi uşaq ədəbiyyatına maraq daha da artır. Bizim görkəmli klassik şairimiz İbrahim Xəlil, Qəşəm İsabəyli, Aydın Bünyadzadə, Rafiq İsaoğlu, və.s kimi çox istedadlı uşaq yazarlarımız var. Mən sosial şəbəkələrdə də, mətbuatda da onların keçirdiyi görüşləri izləyirəm. Firudin bəy Köçərli adına uşaq kitabxanasının rəhbəri Şəhla xanım da çox böyük işlər görür. Ancaq bu görüşlər orta məktəblərdə də yer alsa daha yaxşı olar. Öncələr Zahid Xəlilin "Çıraq", Mikayıl Rzaquluzadənin "Kitab Evi" verilişləri var idi. Bax bunlar bərpa edilsə , çox gözəl olardı. Kukla Teatırının da işini gücləndirmək lazımdır. Ümumiyyətlə, xeyli uşaq teatrları var ki, maliyyə ucbatından əsər tamaşaya qoya bilmir. Onlara da əncam çəkilməlidir.
-Uşaqlar daha çox hansı tip kıtabları sevirlər?
- Uşaqlar bütün növ kitabları sevirlər. Əsasən nağıllar və şeirləri maraqla qarşılayırlar. Yaxşı kitab çap etmək üçün isə maliyyə vəsaiti lazımdır. Çünki uşaqlara şəkilli və maraqlı , məzmunlu kitablara daha çox əhəmiyyət verirlər.
- Hazırda uşaq ədəbiyyatı ilə bağlı çap edilən kitaplardan razısınız ?
- Çap edilən kitabların əksəriyyəti mənim kitabxanamda yer alır. Son vaxtlar Zahid Xəlilin, Sevinc Nuriqızının və Qəşəm İsabəylinin kitabları çıxıb. Mənim isə bu il üç uşaq kitabım çap olunub. Hətta Qəşəm İsabəyli də Avropada "Anderson" mükafatına layiq görülüb. Bu kiçik bir mükafat deyil. Bütün bu hadisələr diqqətə layiqdir. Ümumiyyətlə, uşaq ədəbiyyatının problemlərini təkcə dövlətin üzərinə də yıxmaq olmaz. Çünki yerərincə iş görülür. Bizdə QHT-lər, uşaq təşkilatları var, onlar da uşaq ədəbiyyatına kömək etməlidir. Digər tərəfdən bələdiyyələr də bu məsələyə diqqət ayırmalıdırlar.Bəzi bələdiyyələr elə başa düşürlər ki, yalnız torpaq satmaq üçün varlar. Ancaq bu belə deyil. Türkiyədəki ədəbiyyat festivallarını bələdiyyələr təşkil edir. Çox təəsüf ki, bizim bələdiyyə sədrləri bunu anlamır və ədəbiyyata kömək etmirlər.
-Gənc yazarlara hansı tövsiyələriniz var?
-Bizim gənc yazarlarınızdan Əfsanə Laçın, Mina Rəşid və.s var. Onlara tövsiyə edirəm ki, uşaq dilində yazsınlar. Yəni özlərinin böyük fikirlərini uşaq dilinə təhkim etməsinlər və uşaqların düşüncələrini qələmə alsınlar.
- Oxuculardan razısız?
- İndi-indi razı olmağa başlamışam. Məsələn Şahbaz Xuduoğlu və bəzi qurumlar kitab sərgiləri, ədəbiyyat festivalları, yarmarkalar təşkil edirlər. Həmçinin İçərişəhərdə, Lənkəranda, Gəncədə və Elmlər Akademiyasının bağında çoxlu kitab təqdimatları baş tutur. Bunun sayəsində isə biz yeni oxucular yetişdirməyə nail oluruq. Məncə, bunlar uğurlu işlərdir.
- Azərbaycan uşaq ədəbiyyatında hansı yeniliklərin edilməsini istərdiniz?
- Əsasən saxta vətənpərvərlikdən qaçmalarını arzulayıram. Yalnız müsbət və pafoslu uşaq obrazları yaradılmasın, onların qorxaqlığı, dərsdən iki almağı da qeyd edilsin. Çünki uşaq obrazı tam müsbət ola bilməz. Onların mənfi xususiyyətləri də var. Bunu isə düzgün yazmaq lazımdır. Yəni ki, günümüzdə istifadə edilən saxta, pafoslu uşaq obrazlarından əl çəkilməlidir.