Bütün dünyada abidələrlə bu cür vəhşi rəftar yolverilməzdir.
Bunu jurnalistlərə açıqlamasında AYB katibi Çingiz Abdullayev Xurşidbanu Natəvanın Fransadakı abidəsinə qarşı qərəzli addıma münasibətində deyib.
"Bunu Fransa hökumətinin etdiyinə inanmaq istəmirəm. Biz Fransanın mədəniyyətini yüksək qiymətləndiririk, amma onların etdiyi göz önündədir. Buna görə çox böyük təəssüf hissi keçiririk. İnanmıram ki, o abidə orada saxlanılsın. Amma, bəlkə, Fransada ağıllı adamlar olacaq və bu addımın zərərli olduğunu anlayacaqlar", - o bildirib.