Dostlar səni xatırlayır
18:13 24.07.2024
Ədəbiyyat
2154
Xalq şairi Osman Sarıvəllinin yadigarı Babək müəllim ilə 20 il bundan əvvəl 2004-cü ildə Ərzurum şəhərində tanışdıq. Hər ikimiz Ərzurum Universitetində çalışırdıq. Sonradan ayrı-ayrı universitetlərdə çalışsaq da, bu dostluğumuz düz 15 il davam etdi. 2019-cu ilin 28 mart ayında gecə saat 3-də həyat yoldaşı zəng edərək Babək müəllimin gözlərini əbədi yumduğunu söylədi. Dostları Babək müəllimi cismani olaraq itirsələr də, bu gün ürəklərində yaşadırlar. Zaman-zaman Musa Ələkbərli və Yusif Zeynalovla Babək müəllimin sağlığında oturduğumuz məkana gedib onunla bağlı xatirələri dilə gətiririk. O zaman hiss edirəm ki, Babək müəllimin digər dostları da onu heç unutmayıb. Babək müəllim unudulacaq dost deyildi. Bütün fəzilətləri o, özündə birləşdirmişdi. Özəlliklə sadəliyi, səmimiyyəti, dürüstlüyü, saflığı hər zaman əməllərində görülür, duyulurdu. Babək müəllim bizləri, onu sevən, daim xatırlayan dostlarını 80 yaşında tərk elədi. Yaşasaydı, bu il 85 yaşı olacaqdı. Məkanı cənnət, ruhu şad olsun. Bu kiçik yazımı onun xatirəsinə yazdığım şeirlərlə bitirmək istərdim;
Nömrələr məzarlığı
Yenə bir dostumdan gəldi bəd xəbər,
Yol aldı əbədi haqq dünyasına.
Hər xəbər canımdan can alıb gedər,
Küsərəm dünyanın puç vəfasına.
Yenə bir dostumun telefon nömrəsi,
Kədərli-kədərli gözümə baxar.
Yenə bir nömrənin səssiz naləsi
Qəlbimə od salıb, canımı yaxar.
Ruhum rəva bilmir silim nömrəni,
Barmağım alışar üstünə bassa.
Nömrəni görəndə dünyanın qəmi,
Üstümə yüklənir, batıram yasa.
Dostun əmanəti telefon nömrəsi,
Bəzən yanlışlıqla yığanda sizi,
Duyuram kədərli başqa bir səsi -
Acıdır qəlbimi, "köçdü" kəlməsi.
Bəzən bu nömrədən zəng gələr sənə,
Eşitmək istərsən dostunun səsin.
Xəttin o başında qızı - sən demə,
Qəlbində boğular o an həvəsin.
Sahibsiz nömrələr, ağrılı sinəm,
Çevrilib nömrələr məzarlığına.
Günlərin birində mənim də nömrəm,
Salar yoxluğumu dostun yadına.
Babək
Allahdan bir halal ömür-gün umdu,
Gözünü hər zaman harama yumdu,
Elmə işıq saçan çıraqdı, mumdu,
Sənət dünyamızda bir izdi Babək.
Kimsəni qırmazdı, özün qırardı,
Əzəldən fəzilət könlünə yardı,
Osman qağamıza bənzəri vardı,
Saflıqda büllurdan təmizdi Babək.
Sözə qiymət verib, dəyər bilərdi,
Müdrik kəlamlarla inci ələrdi,
Sözünün sahibi, ər oğlu ərdi,
Dəyərli, hikmətli bir sözdü Babək.
Elmdi, sənətdi qolu-qanadı,
Bir çox alimlərin oldu ustadı,
Dostların dilindən düşərmi adı?
Hər bir dostu üçün əzizdi Babək.
Yazdığı əsərlər dövləti-varı,
Saysız tələbəsi tükənməz barı,
Qürubu baharda yağdırdı qarı
Gedişin hər kəsi çox üzdü, Babək.
Rövşən Xasayoğlu,
Ardahan Universitetinin müəllimi, Türkiyə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya