Nazim Hikməti biz Türkiyədəkilərdən daha çox sevirik - Rəsul Mirhəşimli
15:05 13.08.2025
Ədəbiyyat
560
“Türkiyədə ona münasibət birmənalı deyil. Ola bilər, hakimiyyət bu münasibətdən istifadə edib, arxiv materiallarını paylaşıb”
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) şair Nazim Hikmət Rana aid olduğu güman edilən rəsm, şeir və imzadan ibarət arxiv sənədini paylaşıb. Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, MİT-in rəsmi internet saytındakı “sənədlər” bölməsinə yeni kəşfiyyat məlumatı əlavə edilib. Arxiv sənədində Nazim Hikmətin imzası ilə 1950-ci il tarixli qeyd və onun “Dəvət” şeirindən misralar var. “Dəvət” şeirinin misraları belədir:
Uzaq Asiyadan Aralıq dənizinə
Madyan başı kimi çapan
bu torpaq bizimdir.
Biləkləri qan içində, dişləri sıx,
Ayaqları yalın, ipək xalçaya oxşayan diyar,
Bu cəhənnəm, bu cənnət bizimdir.
Ağac kimi tək və azad,
Meşə kimi qardaşlıq içində yaşamaq,
Bu həsrət bizimdir.
Türkiyədə Nazim Hikmətə münasibətin birmənalı olmadığı, Atatürkün “Nazim Hikməti dar ağacından asar, sonra da ağac altrında oturub ağlardım” dediyi də məlumdur. Nazim Hikmət Azərbaycanda sevilib, sevilir də. Bu sevginin mənbəyini sovet ideoloji maşınının əzməyə çalışdığı türk xalqlarının Nazim Hikmətə məhz qardaş ölkənin şairi olması, tamarzı qaldığımız, həsrətini çəkdiyimiz Türkiyəmizin havasını, nəfəsini, hətta kommunist şeirləri ilə olsa da, bizə çatdırmasında axtara bilərik. 1950-60-cı illərdə SSRİ-də bir türk şairinin yaşamasının bizim şair və yazıçılara, ümumən xalqımızda hansı məhrəm hisslər oyatdığını təsəvvür etmək çətin deyil. Azərbaycan sovet şair və yazıçılarının demək olar əksəriyyəti Nazim Hikmətlə dostluq edib. Nazim Hikmət sosializm, kommunizm tərəfdarı olduğundan ölkəsində arzuolunmaz şəxs idi. Dəfələrlə həbs edilib, sürgün olunub. Həyat tarixçəsi məlumdur. Lakin maraqlıdır, Milli İstihbarat Təşkilatı nədən bu sənədləri indi ictimailəşdirib, məqsəd nədir? Bu, MİT-in iş prinsipidirmi?
Araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli Sherg.az-a açıqlamasında yayılan məlumatın maraq doğurduğunu bildirdi:
- Maraqlı məlumatdır. Amma təqdim olunan şeirdə tam anlaşılmır, Osmanlının fəthlərinə haqq qazandırılır, yoxsa qınanılır. Gizli bir ironiya hiss olunur bu şeirdə. Bilirsiniz ki, Türkiyədə Nazim Hikmətə münasibət birmənalı deyil. Ola bilər, hakimiyyət bu münasibətdən istifadə edib, arxiv materiallarını paylaşıb.
R.Mirhəşimli bir xatirəsini də paylaşdı:
- 2006-cı ildə mən Türkiyədə səfərdə olarkən yerli vətəndaşların onun əleyhinə çox danışdığına şahidlik etdim. Görkəmli şairimiz Ramiz Rövşən Nazim Hikmətin İrəvandakı çıxışını misal gətirdi onlara. Dedi, ermənilər qondarma soyqırımı barədə çox yalanlar danışıb, Nazim Hikmət də onlara cavab verərək deyib ki, millətlər var qəhrəmanlıqları ilə öyünər, siz də başınızın kəsilməyi ilə öyünürsünüz. Məncə, Nazim Hikməti biz Türkiyədəkilərdən daha çox sevirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya