“Xəbəri eşidəndən şokdayam”
“Xəbəri eşidəndən şokdayam”
Yusif Nəzərli
07:36 08.04.2023
Ədəbiyyat
2034
Nigar Köçərliyə elə bir orden verildi ki, çaşıb qaldı
“Həyatımda aldığım ilk mükafatdır. Bu günə qədər nəinki beynəlxalq, heç ölkə daxilində belə hansısa bir fəxri adla təltif olunmamışam”
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli Fransanın yüksək ordeninə layiq görülüb. Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunub.
Biz də “Şərq” olaraq “Cəngavər” rütbəsi münasibəti ilə Nigar xanımı təbrik etmək və təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxladıq.
Belə bir yüksək ordenə layiq görüldüyü üçün həddindən artıq sevincli olduğunu vurğulayan N.Köçərli xəbərin gözlənilməz olduğunu deyib: “Yəqin ki elə buna görə də çox sevinib. Bilirsiniz ki, Fransa ordeni ölkənin ən yüksək mükafatlarından biridir və adətən müxtəlif ölkələrin ən görkəmli və tanınmış ədəbiyyat, incəsənət xadimlərinə, şair və yazıçılarına verilir.
Mənə də məhz ədəbiyyat sahəsindəki xidmətlərimə görə verilib.
Ötən günlərdə Azərbaycandan bu mükafat “Qanun” Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu və “Xalça” muzeyinin direktoru Şirin Məlikovaya verilmişdi. Sözün düzü, təşəbbüs kimdən gedib, necə olub, hansı prinsiplərə görə məhz məni seçiblər heç bir məlumatım yoxdur və mənə açıqlama da verilmədi. Sadəcə olaraq Fransanın Azərbaycandakı səfirliyindən mənə bildiriş gəldi ki, Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülmüşəm. Sözün düzü, xəbəri eşidəndən şokdayam. Mənim üçün kifayət qədər böyük hadisədir. Hətta deyərdim ki, həyatımda aldığım ilk mükafatdır. Bu günə qədər nəinki beynəlxalq, heç ölkə daxilində belə hansısa bir fəxri adla təltif olunmamışam.
Fransanın müxtəlif nəşriyatları ilə işləyib, fransız dilli kitabların satışını təşkil etsək də, Fransa dövləti ilə heç bir rəsmi əməkdaşlığım olmayıb.
Görünür, Azərbaycan ədəbiyyatının təbliği, mütaliə mədəniyyətinin inkişafı istiqamətindəki xidmətlərimə görə bu qərara gəliblər. Etimada görə Fransa dövlətinə təşəkkür edirəm”.
N.Köçərli “Cəngavər” ordeninin təqdimetmə mərasiminin mayın 4-də Fransanın Azərbaycandakı səfirliyində baş tutacağını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region