Əli Əsədov ÜST-nin baş direktoru ilə görüşüb
15:23 14.03.2024
Gündəm
387
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib.
Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Əli Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə söhbət açıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.
Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya