Saat 17:00-a qədər olan seçici fəallığı açıqlanıb- YENİLƏNİB

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

Sherg.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər respublika üzrə 2 172 087 nəfər səs verib, seçici fəallığı 33,82 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

Sherg.az-ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 1 893 555 nəfər səs verib, seçici fəallığı 29,49 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
“Sherg.az” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.

O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.