3 rayona diqqət

  • Əhali mənfi hallara qarşı diqqətli və tədbirli olmağa çağırılıb

İstanbul Valiliyi şəhərdə gözlənilən güclü yağış və fırtına ilə bağlı xəbərdarlıq edib.

Sherg.az xəbər verir ki, meteorologiyanın proqnozuna görə, sabah gecə saatlarından günortaya qədər İstanbulun Anadolu yaxasının şərq hissələrində, xüsusilə Şile, Pendik və Tuzla rayonlarında güclü yağış gözlənilir.

Bundan əlavə, sabah səhər saatlarından gecə yarısına qədər küləyin şimal və şimal-şərq istiqamətlərindən güclü əsəcəyi və fırtına yaradacağı bildirilir.

Valilik vətəndaşları güclü yağış və fırtınanın yarada biləcəyi mənfi hallara qarşı diqqətli və tədbirli olmağa çağırıb.