
Yumuşaq güc potensialı: Bakı–Şam xəttində strateji əlaqələr genişlənir
Yusif Nəzərli
09:47 13.07.2025
Siyasət
536
Suriya Prezidenti Əhməd əş-Şaraa Azərbaycana işgüzar səfərə gəlib. Ekspertlərin fikrincə, onun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə mühüm dönüş nöqtəsidir. Bu səfər yalnız ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasətində artan diplomatik fəallığının daha bir təzahürüdür. Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev və Prezident Əhməd əş-Şaara Antalyada keçirilən beynəlxalq forum çərçivəsində ilk dəfə bir araya gəlmişdilər. Bu təmaslar əsasında formalaşan siyasi dialoq bu gün strateji əməkdaşlığa doğru inkişaf edir. Azərbaycan Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkənin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini açıq şəkildə ifadə edən ilk ölkələrdən biri olub. Bununla yanaşı, Bakı Ankarayla birlikdə Suriyanın post-münaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib. Mayın 4-də Prezident İlham Əliyevin tapşırığı ilə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Suriyada səfərdə olub. Səfər Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb. Azərbaycan-Suriya münasibətləri Azərbaycanın regional siyasətində, xüsusən Yaxın Şərq strategiyasında mühüm yer tutur. Bakı artıq təkcə Avropa və Mərkəzi Asiya deyil, eyni zamanda Yaxın Şərq regionunda da sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə fərqlənir. Prezident İlham Əliyevin balanslı və çoxşaxəli xarici siyasəti sayəsində Azərbaycan bu bölgədə də etibarlı tərəfdaş kimi qəbul olunur.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri təkcə ölkələrimiz arasında ikitərəfli əlaqələr deyil, həm də Yaxın Şərqdə Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından önəmlidir.
Deputat bildirib ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilən danışıqlar da göstərir ki, biz artıq Yaxın Şərqin bir parçası olaraq çıxış etməyə başlayırıq:

"Həm də burada söhbət adi parçadan getmir, ölkəmizin bu geniş coğrafiyada proseslərə təsiri durmadan artacaq. SOCAR-ın İsrailin "Tamar" yatağını sözügedən dövlətin və ABŞ-nin Şevron şirkəti ilə birgə istismara hazırlaşması, Suriyanın enerji problemlərinin aradan qaldırılmasında, İraqın qaz hasilatının artırılmasında yer almaq planımız bu yöndə atılan ilk addımlardır".
Parlament üzvü vurğulayıb ki, Əhməd Əl Şaranın səfəri zamanı o da bəlli oldu ki, ölkələrimiz humanitar əməkdaşlığı da genişləndirmək fikrindədirlər və Suriyadan gəlib burada təhsil alacaq tələbələrə dövlətimiz təqaüd ayırmağı da düşünür:
"Çox ehtimal ki, onların arasında türkmən kimi tanınan soydaşlarımız da olacaq. Sonuncu məsələ yumşaq güc potensialımızın artması və təsir çevrəsini artırması baxımından da önəmlidir. Dövlətimiz Yaxın Şərqdə ziddiyyətlərin aradan qaldırılmasında da vasitəçi kimi çıxış edir. Suriyanın keçid dövrü prezidentinin Bakı səfərində ilk növbədə də İsraillə aralarındakı problemi yoluna qoymaq üçün bu məsələnin də diqqət mərkəzində olması mümkündür. Onu da qeyd edim ki, Azərbaycan təkcə Yaxın Şərqdə deyil, Afrikada da mövqelərini həm də oradakı bəzi ölkələrin iqtisadiyyatına, təhlükəsizliklərinin möhkəmlənməsinə töhfə verməklə gücləndirməkdədir. Və bir sıra hallarda biz qardaş Türkiyə ilə sinxron hərəkət edirik. Yəqin digər türk dövlətləri də gələcəkdə bu prosesdə yer alacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual