Özbəkistanda şəriət qanunları işləyən banklar açılacaq
13:27 18.09.2025
Müsahibə
820
Özbəkistanın maliyyə bazarında yeni istiqamətin - İslam bankçılığı sisteminin tətbiqi məsələsi gündəm məsələsinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Sentyabrın 16-da parlamentin Qanunvericilik Palatası məsələni müzakirə edib və parlament üzvlərinə xüsusi qanun layihəsi təqdim olunub.
Mərkəzi Bankın sədr müavini Abrorxoca Turdəliyevin sözlərinə görə, ölkədə islam bankçılığı üçün ayrıca lisenziyanın tətbiqi nəzərdə tutulur. Buna əsasən, banklar İslam bankları kimi müstəqil fəaliyyət göstərə və ya islami xidmətlərlə mövcud bankların tərkibində xüsusi şöbə yarada biləcəklər.
Layihə şəriət qanunlarına uyğun olaraq əhaliyə və sahibkarlıq subyektlərinə maliyyə xidmətləri göstərəcək. Rəsmilərin fikrincə, bu təşəbbüs banklar arasında rəqabəti artıracaq, bazara yeni investorlar cəlb edəcək, maliyyə xidmətlərinin keyfiyyətini yüksəldəcək.
Qanun layihəsi bir sıra hüquqi aktlara əlavə və dəyişiklikləri nəzərdə tutur.
Qeyd edək ki, ondan çox bankda “İslam pəncərələri”nin yaradılması üzrə işlərə 2022-ci ildə başlanılıb. Prezident Şavkat Mirziyoyev bildirib ki, İslam bankçılığının tətbiqi ölkəyə təxminən 5 milyard dollarlıq əlavə resurslar cəlb edə, maliyyə bazarında rəqabət mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya