Dünyada ən isti illər son 11 ildə yaşanıb - 2025-ci il üçüncü ən isti il olub

Son məlumatlara görə, Yer kürəsində müşahidə edilən ən isti illərin hamısı son 11 ilə təsadüf edir. 2025-ci il isə ölçmələrin aparıldığı dövr ərzində ən isti üçüncü il kimi qeydə alınıb.

Sherg.az xəbər verir ki, mütəxəssislər qlobal temperatur artımının iqlim dəyişikliyinin sürətləndiyini göstərdiyini və bunun ekosistemlər, hava hadisələri və insan həyatı üçün ciddi risklər yaratdığını bildirirlər.