Türkiyənin Ağrı bölgəsinin Patnos rayonunda may ayına az qalmış bahar ovada özünü göstərsə də, yüksək dağlıq ərazilərdə qar örtüyü hələ də qalır.
Sherg.az xəbər verir ki, rayonun aşağı hissələrində hava istiləşib, təbiət canlanıb və kəndlərdə bahar ab-havası hiss olunur. Lakin qısa məsafə qət etməklə dağlara qalxdıqda mənzərə tam dəyişir - zirvələr hələ də qış kimi qarla örtülüdür.
Sakinlər isə bu fərqi “eyni rayonda iki fəsil yaşayırıq” sözləri ilə izah edirlər.