Leysan yağacaq, şimşək çaxacaq- XƏBƏRDARLIQ

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bidlirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.