
İrəvan Bakının tələbini icra etmək məcburiyyətindədir - RƏY
Yusif Nəzərli
07:38 28.02.2025
Cənubi Qafqaz
624
Yeni Konstitusiyada ətraf ölkələrə ərazi iddiasını ehtiva edən bəndlər çıxarılacaq
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib ki, yeni Konstitusiyanın mətni 2026-cı ildə parlament seçkilərinədək hazır olacaq. Onun sözlərinə görə, əsasən dörd sahədən ibarət olan demokratiya və qanunun aliliyinin gücləndirilməsi istiqamətində addımlar atılır. Belə addımlardan biri də konstitusiya islahatlarıdır: “Müvafiq şura var, Konstitusiyanın konsepsiyası hazırlanıb və biz indi Konstitusiyanın yeni mətni üzərində işləyirik, götürülmüş öhdəliyə uyğun olaraq, 2026-cı il seçkilərinə hazır olmalıdır". O əlavə edib ki, referendum bundan sonra keçirilə bilər: “Bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, Konstitusiyanın yeni mətnini hazırlamaqdır”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının dəyişdirilməsi Bakının əsas tələbləri arasındadır. Siyasi şərhçinin fikrincə, Azərbaycan İrəvanın gələcəkdə sülhdən yayınmaq ya da işğal cəhdini daxili hüquqla leqallaşdırılmasının qarşısını almaq üçün bu tələbi irəli sürüb:

"Ermənistan tərəfi əvvəllər bundan yayınmaq istəsə də, görünür, Bakının tələbini yerinə yetirməli olduğunu başa düşüb. Lakin S.Qalyanın dediyindən belə qənaətə gəlmək olur ki, guya İrəvan prosesi Bakının diktəsi ilə deyil, öz istəyi ilə həyata keçirir. Məsələn, yeni sənəddə insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunun tənzimlənib Aİ ilə yaxınlaşma çərçivəsində 30-dan çox qanun layihəsinin uyğunlaşdırıldığı deyilir. Yəni bunu Ermənistan Konstitusiyasını Aİ-yə inteqrasiya və daxili hüquqi boşluqların tənzimlənməsi kimi təqdim edir. Bakının tələblərindən isə söhbət getmir".
Ekspert Bakının tələbinin icra olunacağına şübhə etmir:
"Aydın məsələdir ki, yeni Konstitusiyada ətraf ölkələrə ərazi iddiasını ehtiva edən bəndlər də çıxarılacaq. Baş nazir Nikol Paşinyan və komandası bunu dolayı yolla ifadə ediblər. Sadəcə görünür, hökumət müxalifətin narazılığına tuş gəlmək istəmir. Buna görə də məsələni kamuflyaj edir. Prinsipcə, prosesin hansı adda aparılması Bakı üçün önəmli deyil. Bizim üçün vacib olan tələblərin yerinə yetirilməsidir. İrəvan bunu edəcəksə, sülhün davamlılığı baxımından mühüm hadisə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
14:53 26.05.2026
Gündəm
Deputat qanunların dilinə etiraz edib
14:15 26.05.2026
Gündəm
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya