Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək, rifah və əməkdaşlıq gətirəcək
12:14 31.10.2025
Siyasət
469
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
“Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır. Zəngilan və digər bölgələr azad olunduqdan sonra biz Qarabağ–Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, o cümlədən nəqliyyat və əlaqələndirici infrastrukturun yaradılmasına başladıq. Artıq yollar, magistrallar və dəmir yolları inşa olunur. Bizim üçün bu əlaqələndirici xətlər – dəhlizlər, yollar və dəmir yolları – sadəcə tikinti yeri deyil, asfalt deyil, bu, sivilizasiyanın özüdür. Yollar minilliklər boyunca bəşər tarixini dəyişib və biz əminik ki, bu gün tikdiyimiz yollar da bütün Qafqaz regionunu dəyişəcək, müxtəlif regionları birləşdirəcək, rifah və əməkdaşlıq gətirəcək. Azərbaycan bu marşrut boyunca regionun tam transformasiyasını səbirsizliklə gözləyir və bütün Cənubi Qafqaz ölkələrinin inkişafına töhfə vermək niyyətindədir. Bir daha, bu səfərimizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm”, - Hikmət Hacıyev qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya