
Azərbaycanın yol xəritəsi milli iradəyə əsaslanır -ANALİZ
13:07 31.10.2025
Siyasət
913
İdeoloji sərhədləri qorumaq milli təhlükəsizliyin əsas şərtidir
Tural İsmayılov: “Azərbaycanın siyasi qərarlarını heç bir qlobal mərkəz yönləndirə bilməz”
Dövlətin ideoloji sərhədlərini qorumaq onun varlığını və kimliyini saxlamağın əsas şərtidir. Azərbaycanın özünəməxsus inkişaf modeli var. Dövlət müstəqilliyimizi yenidən qazandığımız ilk illərdə ərazilərimiz işğala məruz qaldı, fəqət müflisləşmə, sosial aqoniya və siyasi istiqrarsızlıq kimi problemlərin öhdəsindən Heydər Əliyevin qurduğu mərkəzləşdirilmiş hakimiyyət və xarici təsirlərə qarşı institusional müqavimət nəticəsində maksimum gələ bildik. Məhz bunun nəticəsində istər mərhum prezident Heydər Əliyevə, istərsə də hazırkı dövlət başçısı İlham Əliyevə qarşı planlaşdırılan çevriliş cəhdləri iflasa uğradı. Təcrübə göstərir ki, Azərbaycanda hakimiyyətin ələ keçirilməsi üçün yazılan zorakı və ya “məxməri” ssenarilərin xarici havadarları dörd səmtin hər birini əhatə edir. Hakimiyyət vassal psixologiyalı fiqurları, məmurları, bürokratları öz içindən təmizləməyə başlayıbsa, ölkənin politik vitrininə də əl gəzdirməli, mənbəyindən, səmtindən, formasından asılı olmayaraq “5-ci kolon”ların bu birləşmiş düşərgəsinə süpürgə çəkməli, “no war”çılar, feminist maskasına bürünmüş ünsürlər və digələrinin təxribatçı fəaliyyətinə son qoymalıdır. Azərbaycanın və azərbaycanlıların bir dövləti, bir paytaxtı, bir suverenliyi var. Siyasi və intellektual azadlığımız üçün ölkəmizdən hansı səmtdə və dünyanın hansı hissəsində yerləşməsindən asılı olmayaraq heç bir yad şəhər qiblə ola bilməz.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, milli siyasi qərarvermə heç vaxt xaricdən yönləndirilə bilməz-nə siyasi, nə ideoloji, nə də texnoloji müstəvidə:

"Son illər Rusiyanın troll şəbəkələri və Qərb texnoloji korporasiyalarının siyasi proseslərə təsiri Avropanı belə silkələdi, nəticədə “Rəqəmsal Suverenlik Aktı” və “Media Şəffaflıq Qanunu” kimi sənədlər qəbul olundu. Azərbaycan isə bu reallığı çoxdan anlayıb. 1993-cü ildən bu günə qədər ölkəmizə qarşı müxtəlif istiqamətlərdən Moskva, Tehran, Vaşinqton və Brüsseldən fərqli formalarda təzyiq cəhdləri olub. Amma Azərbaycan dövləti bütün bunlara baxmayaraq öz milli qərarvermə modelini qoruyub. Bu gün təhlükə daha incədir: informasiya manipulyasiyası, psixoloji təxribat, sosial şəbəkə üzərindən dövlətə qarşı yönəlmiş “yumşaq sabotajlar”. Xaricdən maliyyələşən və kənar kuratorlarla işləyən anti-milli dairələr demokratiya maskası altında milli təhlükəsizliyə zərbə vurmağa çalışırlar. Dövlət ideoloji sərhədlərini yalnız qanunla deyil, həm də strateji düşüncə ilə qoruyur. Azərbaycanın öz yol xəritəsi var – milli iradəyə, tarixi yaddaşa və xalqın birliyinə əsaslanan inkişaf modeli. Heç bir “qlobal mərkəz” bu modeli yönləndirə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya