Trampdan kəskin dönüş: Ukrayna uduzmamalıdır
11:53 01.11.2025
Dünya
510
Bir müddət Rusiya-Ukrayna müharibəsi ilə bağlı ziddiyyətli bəyanatları ilə gündəmdə olan ABŞ Prezidenti Donald Tramp kəskin dönüş edib. O, hətta sentyabrda bəyan elədi ki, Ukrayna nəinki Rusiyanı məğlub edə, həm də işğal olunmuş ərazilərin hər qarışını geri qaytara və əvvəlki sərhədlərini bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Britaniya nəşri yazıb ki, əgər Rusiya lideri Vladimir Putin hansısa şəkildə Trampın radikal hökmlərindən azad olduğuna inanırdısa, son hadisələr onun üçün şoka çevrilib:
“Oktyabrın 22-də Tramp qəfildən Putinlə zirvə görüşünü ləğv etdi, “Rosneft” və “Lukoyl”u sarsıdan sanksiyalar tətbiq etməklə Rusiyanın neft gəlirlərinin qarşısını almaq üçün addımlar atdı.
Ziqzaqların arasında Trampın Ukrayna siyasəti zəncirvari şəkil almağa başlayıb: Amerika Rusiyanın qalib gəlməsinə imkan verməyəcək, amma Konqres də yeni çoxmilyardlıq yardım paketləri tələb etməyəcək. Tramp gözləyəcək ki, Avropa Ukraynaya dəstək xərclərinin əsas hissəsini öz üzərinə götürsün, hər hansı Amerika silahı hədiyyə olaraq verilməyəcək, amma kommersiya şərtləri ilə Kiyevə satılacaq”.
Nəşrin fikrincə, son sanksiyalar Donald Trampın Rusiyaya sələfi Co Baydendən daha çox iqtisadi təzyiq göstərməyə hazır olduğunu göstərir.
“Tramp başa düşdü ki, Ukraynanın uduzmasına icazə verə bilməz, xüsusən də məsuliyyət onun üzərinə qoyulubsa. Maliyyə boşluqlarını bağlamaq üçün avropalılara maksimum təzyiq göstərmək üçün hər şeyi edir”, - Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant deyib.
Mənbə əlavə edib ki, Tramp hər nə qədər ziddiyyətli görünsə də, Ukrayna və ya digər beynəlxalq böhranlardan qaçmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol