
ABŞ-nin məqsədi Pekini Rusiyadan uzaqlaşdırmaqdır -Politoloq
12:54 03.11.2025
Dünya
419
Amerika çox yaxşı anlayır ki, Çin-Rusiya ittifaqı onun qlobal hegemonluğuna ən ciddi təhdidlərdən biridir
ABŞ ilə Çin arasında münasibətlər uzun illərdir ki, beynəlxalq siyasətin ən mühüm mövzularından biri olaraq qalır. Dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı rəqabət həm qlobal iqtisadi balansı, həm də geosiyasi nizamı birbaşa şəkildə təsir altında saxlayır. Son illərdə bu münasibətlər xüsusilə ticarət, texnologiya və təhlükəsizlik sahələrində kəskinləşib. Bununla belə, tərəflər zaman-zaman dialoqa üstünlük verərək, qarşılıqlı maraqları qorumağa çalışırlar. ABŞ və Çin liderlərinin müxtəlif görüşləri, bu iki ölkə arasında həm gərginlikləri azaltmaq, həm də yeni əməkdaşlıq imkanları yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür görüşlər beynəlxalq münasibətlərdə sabitlik və balansın qorunmasına töhfə verə biləcək mühüm addımlar kimi qiymətləndirilir.
Politoloq Sultan Zahidov Sherg.az-a açıqlamasında Çin və ABŞ arasındakı gərginlik, Trampın Çinə yaxınlaşması ilə bağlı mövzulara toxunub:

"ABŞ Prezidenti Donald Tramp ilə Çin Sədri Si Cinpin arasında Cənubi Koreyada görüş baş tutdu.
Görüşdə bir sıra məsələlər, o cümlədən iki ölkə arasında gedən ticarət və tarif müharibələri ilə bağlı məqamlar müzakirə edildi. Tərəflər ABŞ-nin bəzi Çin məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının 20%-dən 10%-ə endirilməsi barədə razılığa gəldilər. Eyni zamanda, Çin nadir mineralların ixracına qadağa qoymayacağı öhdəliyini götürdü. Tərəflər ABŞ-Çin arasında qarşılıqlı görüşlərin davam etdirilməsi barədə də razılaşdılar. Hətta Donald Trampın yaxın zamanda Çinə səfər etmə ehtimalı da müzakirə mövzularından biri oldu. Bu görüş, son aylarda iki ölkə arasında yaranmış gərginliyin müəyyən qədər azalması anlamına gələ bilər. Görüş zamanı Ukrayna məsələsinə də toxunuldu. Donald Tramp bildirdi ki, o, Ukrayna münaqişəsini ən qısa zamanda bitirmək niyyətindədir. Öz növbəsində Si Cinpin xatırlatdı ki, Çin bu məsələdə əvvəllər 12 maddəlik sülh planı irəli sürüb və Pekin münaqişənin sülh yolu ilə həllində maraqlıdır. O, həmçinin Çinin bu məsələdə neytral mövqe tutduğunu bir daha vurğuladı".
Ekspert Trampın Çin rəhbəri ilə görüşdəki əsas məqsədlərindən birinin rəsmi Pekinin Rusiya üzərindəki təsir imkanlarından istifadə edərək Moskvanı danışıqlar masasına gətirmək olduğunu söyləyib:
"Lakin Tramp hələlik bu məqsədinə tam nail ola bilmədi. Bunun səbəbi ondan ibarətdir ki, hazırda Çin üçün Rusiya həm strateji, həm də siyasi baxımdan ABŞ-dan daha etibarlı tərəfdaş sayılır. ABŞ artıq bir neçə onillikdir ki, xarici siyasətində Çinin mühasirəyə alınmasını və zəiflədilməsini prioritet istiqamət kimi müəyyənləşdirib. Bunu Çin rəhbəri də çox yaxşı anlayır. Sözügedən səbəbdən hazırda Pekin ABŞ-dan daha çox Moskvaya güvənir. Əlavə olaraq, Donald Trampın açıqlamaları da çox zaman anti-Çin xarakteri daşıyıb. Bu da iki ölkə arasında münasibətlərin gərgin qalmasının əsas səbəblərindən biridir. ABŞ-Çin ticarət müharibələri, Çin məhsullarına tətbiq olunan gömrük rüsumları təbii ki, münasibətlərdə problem yaradan əsas amillərdəndir. Trampın ilk prezidentlik dövründə ABŞ-nin strategiyası əsasən Rusiyanı Çindən uzaqlaşdırmaq üzərində qurulmuşdu. Tramp Çini sərt tənqid edir, Rusiyaya isə daha yumşaq münasibət göstərirdi. Hətta Putinlə görüşməyə hazır olduğunu bəyan edirdi.
Lakin bu niyyətlər reallaşmadı. Putin danışıqlar masasına gəlmədi və Tramp ilə görüşsə belə, güzəştə gedərək atəşkəs imzalamağa hazır olmadığını bildirdi".
Analitik məqsədinə nail ola bilməyən Tramp administrasiyasının strategiyasını dəyişdirdiyini bildirib:
"İndi ABŞ-nin məqsədi Çinlə münasibətləri normallaşdırmaq və Pekini Rusiyadan uzaqlaşdırmaq siyasətini həyata keçirməkdir. Amerika çox yaxşı anlayır ki, Çin-Rusiya ittifaqı onun qlobal hegemonluğuna ən ciddi təhdidlərdən biridir".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol