UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Köhlən atlar”ın qollarını 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 87-ci dəqiqədə Renaldo Sefas vurublar.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.
***
21:45
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyununun üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 87-ci dəqiqədə Renaldo Sefas fərqlənib.
“Qarabağ” 3:0 heaabı ilə öndədir.
***
21:04
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyununun ikinci hissəsi start götürüb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi ilk hissəni 2:0 hesablı üstünlüklə başa vurub.
“Köhlən atlar”ın heyətində hesabı 30-cu dəqiqədə Zakaria Savo açıb. Abdullah Zubir isə 45+2-ci dəqiqədə fərqlənərək fasiləyə gedərkən hesabı 2:0 edib.
Qarşılaşmanı Moldovadan olan FIFA referisi Roman Jitari idarə edir.
***
20:49
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyununun ilk hissəsi başa çatıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
“Köhlən atlar”ın ilk qolunu 30-cu dəqiqədə Zakaria Savo vurub. 45+2-ci dəqiqədə isə Abdullah Zubir fərqi bir qədər də artırıb.
Qarşılaşmanı Moldovadan olan FIFA referisi Roman Jitari idarə edir.
***
20:46
“Qarabağ” UEFA Avropa Liqasınln I təsnifat mərhələsində “Vestri” (İslandiya) ilə oyunda ikinci qolu vurub.
Teleqraf xəbər verir ki, görüşün 45+-2-ci dəqiqəsində Abdullah Zubir fərqlənib.
***
20:30
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” İslandiyanın “Vestri” komandası ilə oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin heyətində 30-cu dəqiqədə Zakaria Savo fərqlənib.
***
19:59
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk oyun start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Oyunu Moldovadan olan FIFA referisi Roman Jitari idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də İslandiyada keçiriləcək.