Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək 24-cü sıraya yüksəlib.

Teleqraf xəbər verir ki, buna “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Bu qələbə ölkəmizin aktivinə 0,500 əmsal qazandırıb. Hazırda Azərbaycanın əmsalı 24,187-yə çatıb.

Reytinqdə Ukrayna 24,337 əmsalla 23-cü, İsrail isə 24,125 əmsalla 25-ci yerdə qərarlaşıb.

Siyahıya 104,019 əmsalla İngiltərə başçılıq edir.