2026-cı il dünya çempionatının 1/4 final mərhələsində keçiriləcək Norveç - İngiltərə oyununun başlama saatı dəyişdirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bildirilib ki, qarşılaşma öncəsi Mayamidə havanın temperaturunun 43 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bundan əlavə, güclü ildırım çaxacağı ehtimalı da var.
FİFA-nın təhlükəsizlik qaydalarına əsasən, ildırım təhlükəsi yaranacağı təqdirdə oyunun startı ən azı 30 dəqiqə təxirə salınmalıdır.
Qeyd edək ki, daha əvvəl İngiltərə - Meksika arasında keçirilən 1/8 final görüşü də əlverişsiz hava şəraiti səbəbindən bir saat gec başlamışdı.
Norveç - İngiltərə qarşılaşması iyulun 12-də Mayamidə keçiriləcək. Görüş Bakı vaxtilə saat 01:00-da start götürməlidir.