“Mançester Yunayted” 100 minlik yeni stadion layihəsini təqdim etdi

“Mançester Yunayted” 100 min tamaşaçı tutumuna malik yeni stadion layihəsini ictimaiyyətə təqdim edib.

Teleqraf xəbər verir ki, “qırmızı şeytanlar” arenanın yerləşəcəyi ərazini açıqlayıb və layihənin ilkin görüntülərini nümayiş etdiriblər.

Məlumata görə, yeni stadion hazırkı “Old Trafford” arenasından 350 metr şimal-qərbdə inşa olunacaq. Stadionun ətrafında idman və əyləncə mərkəzi yaradılacaq ki, bu da 48 min yeni iş yerinin açılmasına səbəb olacaq.

Qeyd edək ki, “Mançester Yunayted” iyun ayında yeni torpaq sahəsi alıb. Yeni stadionun tikintisinin 4-5 il davam edəcəyi və layihənin təxminən 2 milyard funt sterlinqə başa gələcəyi gözlənilir.