Osimhen: Qolum maksimum 5–6 həftə ərzində sağalar

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen Çemmpiyonlar Liqasındakı "Liverpul" matçında zədələnmişdi və o, son vəziyyəti ilə bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, Nigeriyalı hücumçu, qolundakı sınıqla bağlı bildirib ki, artıq belə hallara alışıqdı və əvvəllər daha ciddi əməliyyatlar keçirmişdi. O deyib:

“Bıçaq altına yatmam lazımdı. Qolum sınıq, onu düzəltmək istəyirəm. Maksimum 5–6 həftə ərzində sağalar.”

"Qalatasaray" klubu isə rəsmi açıqlamada bildirib ki, Osimhen "Liverpul"la matçın ilk yarısında qolundan zərdə alıb, ikinci yarıda isə risk səbəbi ilə oynadılmayıb. Sağ qolunda sınıq müəyyən olunub və alçı qoyulub. Əməliyyat qərarı gələcək günlərdə veriləcək.