Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu

Futbol üzrə Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə Jorji Jezuş gətirilib. 71 yaşlı portuqaliyalı mütəxəssis komandanın sükanı arxasında Roberto Martinesi əvəzləyib.

O, 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin birgə ev sahibliyi edəcəyi dünya çempionatının sonunadək milli komandaya rəhbərlik edəcək.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Həmin matçdan sonra Roberto Martines istefa verib.