Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son oyun günündə “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
“Palmas Sport Arena”da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi oyunda qolları “Neftçi”nin heyətində İmad Faraj (34) və Bassalu Sambu (49), “Sumqayıt”da isə Nsane Simon (74) və Səbuhi Abdullazadə (81) vurublar.
Bu nəticədən sonra ukraynalı mütəxəssisin rəhbərliyi altında ilk matçını keçirən “ağ-qaralar” turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Saşa İliçin çalışdırdığı “kimyaçılar” isə 4-cü pillədə yer alıblar.
Qeyd edək ki, günün ilk matçında “İmişli” “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib. Turun daha əvvəl baş tutan oyunlarında “Şamaxı” “Zirə”ni 2:1, “Kəpəz” “Qəbələ”ni 1:0, “Qarabağ” “Araz-Naxçıvan”ı 5:1, “Sabah” isə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.