Futbol üzrə Türkiyə Superliqasında XXVI turun oyunları davam edir.
Axar.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib.
"Qalatasaray" öz meydanında "Başakşəhər"ə 3 cavabsız qolla qalib gələrək, xallarını 64-ə çatdırıb və liderliyini möhkəmləndirib.
"Trabzonspor" isə evdə "Rizəspor"u 1:0 hesabı ilə məğlub edib. Qara dəniz derbisindəki qələbədən sonra "Trabzonspor" 2-ci pillədəki "Fənərbağça" ilə xallarının sayını bərabərləşdirib - 57.
Digər matçlarda "Konyaspor" səfərdə "Kocaelispor"u 2:1 hesabı ilə məğlub edib, "Göztəpə" isə evdə "Alanyaspor"la bacarmayıb - 2:2.