"Yaxşı komandaya qarşı oynayırdıq. Birəbir mübarizələrdə çox yaxşı idilər. Bir qədər ola bilər ki baxımlı oyun olmadı".
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Bolqarıstana) qarşı keçirilən ilk oyun (0:0) sonrası təşkil olunan mətbuat konfransında deyib.
"Hava şəraiti hər iki komanda üçün də eyni idi. Azarkeşlər üçün daha sərin olması daha yaxşı olardı. Futbolçular üçün bir qədər çətin olur. Daha çox enerji sərf edirlər. Hava sərin olsa, azarkeşlər üçün daha maraqlı oyun olardı.
Rəqiblər həmişə fərqli olur. Bizdə də həm heyət, həm oyun baxımından dəyişikliklər olur. Biz həmişə düşünülən "Qarabağ"dan yaxşı olmalıyıq. Bütün rəqiblərimiz bizə hörmətlə, daha ciddi yanaşırlar. Niyətimiz həmişə olduğumuzdan yaxşı olmaqdı. Ola bilər bu gün olmasın, amma 1 il sonra bəlkə də daha tez bu olacaq".