Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasında sonuncu dəfə dünya çempionatında iştirak etdiyini bildirib.
Teleqraf xəbər verir ki, 41 yaşlı futbolçu bunu DÇ-2026-nın 1/8 final mərhələsində İspaniya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
“Bəli, bu dünya çempionatı mənim üçün sonuncu olacaq. Ən əsası ondan tam zövq almaqdır”, - deyə Ronaldu bildirib.
Bu açıqlamadan sonra portuqaliyalı ulduzun 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin ev sahibliyi edəcəyi dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, Portuqaliya - İspaniya matçı iyulun 6-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.