Simeone İspaniya çempionatının ən narazılıq doğuran məşqçisi seçildi

İspaniya La Liqasının futbolçuları çempionatın ən "qıcıqlandırıcı" məşqçisini seçiblər.

Teleqraf xəbər verir ki, ESPN-in 30 anonim futbolçu arasında apardığı araşdırma nəticəsində "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone səslərin 43,3%-ni toplayaraq siyahıya başçılıq edib. Oyunçulardan biri onun rəqibləri provokasiyaya çəkməyi çox sevdiyini vurğulayıb.

Siyahıda digər yerlər aşağıdakı kimi bölünüb:

- Xose Bordalas ("Xetafe"): 23,3%

- Marselino Toral ("Vilyarreal"): 13,3%.

- Mixel Sançes ("Jirona"): 6,6%.

- Xabi Alonso ("Real Madrid"in sabiq baş məşqçisi): 3,3%.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 28 turdan sonra 70 xalla "Barselona" liderlik edir. Simeonenin "Atletiko"su isə 57 xalla 4-cü pillədə qərarlaşıb.