"Turan Tovuz" - "Fenerbahçe" oyununa bilet satışı davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Klubdan verilən məlumata görə, 1 saat ərzində 5872 bilet satılıb.
***
14:07
"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" klubları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, azarkeşlər biletləri "Birbilet.az" saytı vasitəsilə onlayn qaydada istənilən sektor və yeri seçərək əldə edə bilərlər.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma oktyabrın 3-də saat 20:00-da başlayacaq.
Təşkilatçıların məlumatına görə, stadionun 3, 4, 5 və 6-cı sektorları "Turan Tovuz", 23, 24, 25 və 26-cı sektorları isə "Fənərbağça" fanklubları üçün ayrılıb.