"Messinin bu turnirdəki performans səviyyəsi inanılmazdır, heç kim bunu gözləmirdi. Mən onun üçün çox xoşbəxtəm. Neymar və Kriştiano Ronaldo üçün də xoşbəxtəm. Onlar bu turnirdə iştirak edən bütün gənc oyunçuların uşaqlığına təsir ediblər".
Teleqraf xəbər verir ki, bunu İspaniya millisi və "Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal dünya çempionu Argentina millisinin və MLS çempionu "İnter Mayami"nin 39 yaşlı hücumçusu Lionel Messi haqqında danışarkən bildirib.
L.Yamal hesab edir ki, ulduz futbolçuların uğuru onu sevindirir: "Mən yalnız qələbə üçün çalışacağam".
İspaniya Dünya Kubokunun 1/4 finalında Mərakeşlə qarşılaşacaq.