Ölkəmizdə siqaret çəkən qadınların sayı artmaqdadır. Bununla bağlı ötənlərdə Azərbaycan Tibb Universitetinin professoru Əlizamin Sadıqov məlumat verib.
Professorun sözlərinə görə, son illər dünyada qadınlar arasında nisbətən zəif də olsa siqaret çəkmə əmsalı azalırsa, Azərbaycanda bunun əksidir:
“20-30 il əvvəl Azərbaycanda qadınlar bu qədər siqaret çəkmirdilər, indi daha intensiv çəkirlər. Qadının siqaret çəkməyi yolverilməzdir. Ən azından o səbəbdən ki, siqaret onların sağlamlığında böyük problemlər yaradacaq”.
Həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, siqaret dövriyyəyə buraxıldığı ilk gündən həmişə insanların sağlamlığına ziyanlı olub:
“Siqaretin orqanizmə o dərəcədə mənfi təsiri var ki, hətta onu satan şirkətlər belə üzərində yazırlar ki, sağlamlıq üçün zərərlidir. Siqaret xüsusilə də ürək-damar sisteminə mənfi təsir göstərir. Kişi ya qadın fərqi yoxdur, siqaretin hər iki orqanizmə təsir mexanizmi eynidir. Siqaretin tərkibində olan nikotin maddəsi ürəyin qidalanmasını zəiflədir, ağciyər xərçənginin yaranmasına səbəb olur. Araşdırmalara görə, hər dəfə 1 ədəd siqaret çəkdikdən sonra insan bədənində olan bütün damarlar 20 dəqiqə tıxanır. Elə adamlar var ki, gün ərzində 2-3 qutu siqaret istifadə edirlər. Hər siqareti 20 dəqiqədən hesablasaq, görün insan orqanizminə il ərzində nə qədər ziyan vurulur. Ona görə də tütündən istifadə insan həyatı üçün böyük risk faktorudur”.
Ş.Namazlı siqaretin qadınlar üçün daha təhlükəli olduğunu vurğuladı:
“Çünki qadın ana və daşıyıcıdır, o dünyaya körpə gətirir. Qadın siqaretdən istifadə edirsə, artıq ikinci insanın həyatını da təhlükə qarşısına qoyur. Belə məqamda yeni doğulacaq körpəyə vurulan zərbələr olduqca ciddir.
Məlumdur ki, siqaretdən istifadə estetik cəhətdən də yaxşı hal deyil. Çünki dişlərin rənginin saralması, dərinin müəyyən ciddi ziyanlara məruz qalması baş verir. Bəzən cavan şəxslər siqaretin qəbulunu dəb halı kimi qəbul edirlər. Təəssüf ki, siqaretdən istifadə azalmaq yerinə getdikcə artmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya