İmamoğlu qəsəbəsində KURYOZ: Siçanları öldürmək istədi, ailəsi zəhərləndi – FOTOLAR

Türkiyənin Adana rayonunun İmamoğlu qəsəbəsində evlərine girən siçanlardan can qurtarmaq üçün dolablara və çarpayıların altına siçan dərmanı qoyan 4 nəfərlik ailə xəstəxanaya çatdırılıb. 

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu qəsəbəsində yaşayan Dərya Qaraquş axşam saatlarında mənzillərində dolaşan siçanları zəhərləmək üçün çarpayı və dolabların altına zəhər qoyub. Hava soyuq olduğu üçün qapı və pəncərələri bağlı olan mənzildə yatan Dərya, bir müddət sonra yuxusundan öskürərək oyanıb. Evdəki pis qoxudan şübhələnən qadın həyat yoldaşını da oyadıb. Qaraquş özünü pis hiss etdiyi üçün təcili yardıma müraciət edib. Yuxuda olan 2 uşağını heç cür oyada bilməyən Dərya təlaşa düşüb. Evə gələn təcili yardım həkimləri Qaraquş ailəsini xəstəxanaya çatdırıblar. Tibbi müdaxilədən sonra səhhətləri düzələn ailə evə buraxılıb. 

Hadisənin baş verdiyi evə polis əməkdaşları heç kimi kimsəni buraxmayıblar. Aidiyyatı orqanın əməkdaşları isə mənzilin qapı-pəncərəsi açıb, siçan zəhərini təmizləyiblər. Bundan sonra Qaraquş ailəsi mənzilinə girə bilib.