33 saylı Xətai birinci seçki dairəsinin namizədi, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən seçkilərdə səsvermə prosesi başa çatdıqdan sonra qələbəsini bayram edib.
“Sherg.az” xəbər verir ki, bu barədə namizədin özü feysbuk profilində “Şeytan barmağı olmasa nəticə belədir!” başlığqlı video-görüntü yayıb. Səsvermənin nəticəsini gözləməyən namizəd özünü qalib hesab edərək, qara zurna səslənən mahnı sədaları altında rəqs edib. Namizədin müşahidəçiləri və tərəfdarları isə onu alqışlayıblar.
Qeyd edək ki, Z. Məmədli seçki təliğataı dönəmində də Z.Məmmədli təbliğat kampaniyası çərçivəsində seçiciləri ilə birgə yallı gedib. Musiqiçilərin dəvət olunduğu görüşdə namizədlə seçicilər müxtəlif oyun havalarının sədaları altında birgə rəqs ediblər. Görüntüləri əks etdirən video-materialı deputatlığa namizədin özü Feysbuk səhifəsində paylaşıb. “Gəcələk gözəl olacaq, memarı millət olacaq” şüarı ilə paylaşım edən Z.Məmmədli ciddi islahatlar idealı ilə seçki marafonuna qatıldığını yazıb: “Namizəd olaraq millətlə yallı getdik. Gələcəyi bu cür gözəl edəcəyik. Ulu millətimiz gec-tez birlik, bərabərlik yallısını gedəcək, vahid və demokratik Azərbaycanı quracaq. Ruhum rahatdı, millət də islahat arzulayır”.