Çində koronavirusdan ölənlərin sayı 1000 nəfəri keçib.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Xəbərə görə, epidemiya ətrafı ölkələrə də yayılmaqda davam edir.
Çinə qonşu olan ölkələrlə yanaşı, virus dünya ölkələrinə də ayaq açıb. Yanvarın 11-dən bu günə qədər, 1 ay müddətində Honkonq və Makao şəhərləri daxil olmaqla, 1016 nəfər dünyasını dəyişib. Son 24 saat ərzində 108 nəfər ölüb. Yoluxanların sayı isə 42 min nəfərə çatıb. Çin Prezindenti Si Cinpin virusa qarşı güclü tədbirlərin görülməsinə dair çağırış edib.
Qeyd edək ki, 30 ölkədə 400 yoluxma halı qeydə alınıb.