2020-ci ilin 11 fevralında dünya ölkələrindən 100-ə yaxın alim koronavirusa qarşı mübarizəni gücləndirmək məqsədilə Cenevrəyə toplanıb.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus məlumat verib. O, qeyd edib ki, Çində ölkə başçısı səviyyəsində SOS siqnalı çalınıb:
“Amma koronavirus təkcə Çin üçün deyil, bütün dünya ölkələri üçün təhdid mənbəyi olaraq alır. Çində koronaviruusa yoluxmuş bir nəfərdən laboratoriyada araşdırma aparmaq üçün nümunələr götürülüb. Əsas məqsəd epidemiyanı dayandırmaq və insanların həyatını xilas etməkdir. Epidemiyaya qarşı mübarizənin gücləndirilməsi üçün yeni 400 alimin bu prosesə qatılması gözlənilir.
Onlar da bu epidemiyaya qarşı müalicələrin aparılması ilə bağlı öz bilgi və biliklərini bölüşəcəklər. Öncə bunun hansı heyvandan keçməsi dəqiq tədqiq edilməlidir. Sonra xəsətliyin qarşısının alınması və yoluxmuş insanların həyata qaytarılması üçün ciddi mübarizə aparılmalıdır. Birgə şəkildə əlimizdən nə gəlirsə, etməliyik. Kim nə bacarırsa, öz töhfəsini verməlidir”.
Həmçiniun, cənab Tedro bütün ölkələri birliyə və həmrəyliyə səsləyib:
“Bu epidemiyanı törədən amilləri aşkara çıxarmaq üçün birgə səylərimizi davam etdirməliyik. Ayrı-ayrılıqda mübarizə aparılsa, bütün dünya ölkələri bundan əziyyət çəkəcək.
Qeyd edək ki, bu günə qədər koronavirusdan Çində 1016 nəfər ölüb. 42 min 600 adam bu epidemiyaya yoluxub. 30- a yaxın ölkədən 400 adam ölüb.
Məlumat üçün bildirək ki, bu ÜST-ün keçirdiyi tədbirlə yanaşı Birləşmiş Millətlər Təşkilatı da Afrika ölkələrinə oradakı vəziyyəti öyrənmək üçün iki nümayəndə heyəti göndərib.