Ölkə başçısı böyük ümid işığı yandırdı:“Ciddi dəyişikliklər olacaq”

“Virus həyəcanı başlamazdan öncə ölkə rəhbərliyi yeni idarəetmə və dəyişikliklərin anonsunu vermişdi. Artıq zaman növbəti mərhələyə sıçrayış edir”


"Koronovirusla bağlı dünyada baş verən gərginlik həyatın bütün sahələrinə ciddi təsir göstərəcək".

Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Partiya təmsilçisi bildirib ki, dünyanın lider ölkələri əsrin ən böyük bəlası ilə mücadiləyə qalxıblar: 

"Çin, ABŞ, İtaliya, İspaniya, Almaniya və İran virusun ən çox yayıldığı ölkələr sırasına başçılıq edirlər. Görülən tədbirlər Çində öz effektini verməyə başlayıb. Bu onu deməyə əsas verir ki, hadisəyə dırnaqarası baxmasaq, bu bəlanı adladacağıq. Ölkələr daxildə təhlükəsizlik tədbirləri görürlər. Bu məslədə əsas olan vətəndaş dəstəyidir. İnsanlar vəziyyətin ciddiliyini anlayaraq davranmalıdırlar. Virus təhlükəli olsa da, qarşısı alınandır. İlk növbədə xalq birliyi və ciddi sanitariya rejiminə əməl edilməlidir. Azərbaycan Prezidentinin hadisəyə operativ reaksiya verməsi xalqımızı ümidləndirməlidir. Cəmiyyət bu vəziyyətdən çıxmaq üçün mütləq hakimiyyətin atdığı addımları dəyərləndirərək öz dəstəyini veməlidir".



Ekspertə görə, bu hadisə həm də xalqımız üçün bir sınaq olacaq: 

"Prezidentin xalqa müraciəti və cəmiyyətin bütün təbəqələrini dialoqa çağırması təqdirəlayiqdir. Gələcəyə ümid var. Preizdent İlham Əliyev müxalifət partiyalarının liderlərinə bayram təbriki göndərib. İndiyə qədər kəskin qarşıdurma şəraitində davam edən siyasi mübarizənin Prezidentin bu təşəbbüsündən sonra sivil və demokratik dəyərlərə söykənərək aparılacağına ümid işığını yandırdı. Hesab edirəm ki, bundan sonra bütün dünyada və eləcə də Azərbaycanda həyatın bütün sahələrində ciddi dəyişikliklər baş verəcək. Virus həyəcanı başlamazdan öncə ölkə rəhbərliyi yeni idarəetmə və dəyişikliklərin anonsunu vermişdi. Artıq zaman növbəti mərhələyə sıçrayış edir. Xalqlar daha fərqli və ədaləti idarəetmə sisteminə hazırlaşırlar. Ona görə də Azərbaycanın hakimiyyəti və müxalifəti bu dəyişikliklərə hazır olmalıdır".

Analitik hesab edir ki, bundan sonra dünya siyasətində də ciddi dəyişilkliklər gözlənilir: 

"Suriya, Fələstin və Qarabağ problemlərinin çözülməsi gözləniləndir. Dünya gücləri ABŞ və Rusiya orta şərqdən çəkiləcəklər".