Şahvələd Məmmədov: “Verilən məsləhətlərə və çağırışlara əməl etmək lazımdır”
Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib. Ölkə başçısı növbəti dəfə xalqa çağırış edərək cəmiyyəti məsuliyyətli olmağa, karantin rejiminə ciddi yanaşmağa səsləyib. Prezident həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edilməsinə və bir sıra mühüm məsələlərə toxunub.
Prezidentin çağırışını “Sherg.az”a dəyərləndirən həkim Şahvələd Məmmədov bildirib ki, ölkəmizdə yeni tibb müəssisələrinin açılması çox vacib məqamdır.
Onun sözlərinə görə, ölkə başçısının çağırışları vətəndaşlarımızın inamlı və güclü olması üçün vacibdir:
“Yeni klinikaların açılması səhiyyəmiz üçün böyük hədiyyə oldu. Xəstəxanada çoxlu sayda reanimasiya şöbələri var. Ona görə də yeni tibb müəssisəsi analoqu olmayan bir klinikadır. Xəstəxanada koronavirusdan ağırlaşan xəstələr üçün bilavasitə şərait yaradılıb.
Cənab Prezidentin çağırışı bütün xalqımızın xeyrinədir. İnsanların bəziləri ya savadsızlıqdan, ya da məsuliyyətsizlikdən virusu ciddiyə almırlar. Ona görə də verilən məsləhətlərə və çağırışlara əməl etmək lazımdır”