Əfv sərəncamı ALQIŞLANDI: "Bu, əsl humanizm nümunəsidir”    

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən "COVİD-19" pandemiyası ilə əlaqədər xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-i keçən 176 nəfər məhkumluqdan azad olunub. 



Prezidentin bu məlum qərarı ilə bağlı “Sherg.az”a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyev dövlət başçısının imzaladığı sərəncamı humanizm göstəricisi kimi qiymətləndirib:
“Koronavirus pandemiyası ilə əlaqədər yaşlıların xüsusi qayğıya ehtiyacları var. Əlbəttə, cəzaçəkmə müəssisələrində xüsusilə, indiki dövrdə yaşlıların qayğısına qalınırdı. Amma tam ideal şərait yaratmaq mümkün deyil. İkinci bir tərəfdən isə karantin rejimi səbəbindən məhkumların ətraf-aləmlə əlaqələri  kəsilmişdi. Bu isə onlara əlavə psixoloji zərbə idi. Odur ki, Prezidentin bu addımını alqışlayıram. Bu, əsl humanizm nümunəsidir”.