“Bu diqqət Sosial Tədqiqatlar Mərkəzi üzərində daha böyük məsuliyyət yaradır və uğurlarının davamlı olmağını təmin edir”
“Cənab Prezident İlham Əliyevin “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalmasi ölkədə sosial tədqiqat işinə verilən yüksək qiymətdir”.
Bu barədə “Sherg.az”a STM mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.
O qeyd edib ki, ötən ilin fevral ayında yaradılan Sosial Tədqiqat Mərkəzi bir il ərzində böyük fəaliyyət yolu keçib:
Millət vəkili Zahid Orucun rəhbər təyin edilməsi prosesə böyük töhfə verib. Bu müddətdə STM-İn peşəkar kollektivi formalaşıb. Ölkə rəhbərliyinə, dövlət və hökumət qurumlarına, açıq və qapalı arayışlar təqdim olunub. Cəmiyyətin dinamikasını əks etdirən məsələlər barədə sorğular, hesabatlar dərc edilib. Həm də paralel olaraq, sosial tədqiqatlar sahəsində dünyada tətbiq edilən son standartlar Azərbaycana gətirilib”.
Qurum sözçüsü onu da əlavə edib ki, STM Cənab prezidentin başlatdığı islahatlar çərçivəsində yaradılıb:
“Eyni zamanda ictimai münasibətləri, sosial dinamikanı, ictimai rəy dövlətinin qurulmasında öz rolunu oynamaqdadır. Hesab edirəm ki, bu diqqət STM üzərində daha böyük məsuliyyət yaradır və uğurlarının davamlı olmağını təmin edir”.