Tovuzlu gəncdən Prezidentə dəstək: “Sizinlə həmrəy olaraq əlimizdən gələni etməliyik”



Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Tovuz rayonunun Əlibəyli kəndinin sakini Venera Əliyeva ölkə liderinə məktubunda vurğulayır:

“Hörmətli cənab Prezident, bütün dünya koronavirus adlı çətin bir dönəmdən keçir. Bu çətinliyin içində biz də varıq. Lakin Sizin tərəfinizdən qəbul olunan qərarlar, dövlətimizin qoyduğu qaydalar bizi bu çətinlikdən xilas etdi. Siz gecə-gündüz çalışaraq bizi qorudunuz. Bizlər də qaydalara əməl edərək, evdə qalaraq, həm özümüzü, həm də sevdiyimiz insanları qorumuş, Sizə olan rəğbətimizi ifadə etmiş olduq. Sizin bizi nə qədər çox sevdiyinizi artıq daha yaxşı anlayırıq. Tezliklə bu günləri geridə qoyacağıq. Əminik ki, daha gözəl sabahlar naminə Siz daha çox çalışacaq, xalqımızı daha çox sevindirəcəksiniz. Biz gənclər də bütün işlərinizdə Sizinlə həmrəy olaraq əlimizdən gələni etməliyik. İnanırıq ki, sabahımız daha yaxşı olacaq. Çünki Sizin kimi qayğıkeş rəhbərimiz var. Cənab Prezident, xalqımıza qayğı göstərdiyiniz üçün Sizə dərin təşəkkür edirəm”.