"Simpson" yenə bildi: Beyrut partlayışından sonra hər kəs paylaşdı - FOTOLAR 


 Yaxın gələcəkdəki hadisələri təxmin etməsiylə gündəmə damğa vuran “Simpson” cizgi filminin Beyrutdakı partlayışdan da xəbərdar olduğu iddia edilib. Serialdakı o epizod  ictimai mediada ən çox paylaşılan görüntülər arasında yer alıb.



Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur cizgi filmi olan “Simpsons” təxminləri və uzaqgörənlikləriylə dünyanı sarsıtmağa davam edir. Livanın paytaxtı Beyrutda qorxunc partlayışdan sonra bütün dünya yenə o filmdən danışmağa başladı.
Tsunami, Donald Trampın prezident seçilməsi, 11 sentyabrda əkiz qüllələrə hücum, Çindən dünyaya yayılan koronavirus kimi hadisələri illər əvvəl göstərən “Simpson” filmi bu dəfə də Beyrut hücumundan xəbər verib.



Filmdə bir limanın yaxınlığında  şiddətli partlayış nəticəsində göbələk şəklində buludun hər yerə yayıldığı görünür. Bənzər görüntülər yenə “Sipmson”un bir epizodunda var. “Simpson” pərəstişkarları Beyrut partlayışdan sonra bu görüntüləri paylaşıb.

Filmin bir hissəsində Homer Simpson anbardan partlayıcı alır və evə apardığı partlayıcını səhvən yandırır və bütün şəhər alovlar altında qalır.
Minlərlə ictimai media istifadəçisi bu görüntüləri paylaşaraq “Simpson” Beyrut partlayışını da bildi” şəkilində qeydlər edib.



Filmdə eyni zamanda Çinin Uhan şəhərinin əvəzinə  Yaponiyadan yayılan bir virusdan bəhs edilir. “Simpson”un 27 il əvvəl koronavirusu da təxmin etdiyi düşünülür.

Filmin 1993-cü ildə yayımlanan bir hissəsində, Yaponiyadan yayılan Osaka Flu adlı virusdan danışılır.



Yaponiyada meyvə şirəsi qablaşdıran işçilərdən biri, "müdirə qrip olduğumu söyləmə, lütfən" deyir və sonra qutunun içinə öskürür. Beləcə virus qutuyla birlikdə ABŞ-a daşınır. Ölkədə xeyli insan xəstələnir.



19 Mart 2000-ci il tarixində yayımlanan bir hissədə, Trampdan “ABŞ-ın  keçmiş prezidenti” kimi bəhs edilir. Tramp bu hissənin yayımlanmasından illər sonra -  2016-cı ildə ABŞ prezidenti seçilir və vəzifəsinə başlayır.



Ağıllı telefonlar hələ icad edilməmiş, “The Simpson”un 1994-cü ildə yayınlanan "Lisa on Ice" bölümündə əl toxunuşu ilə işləyən telefon görüntülənir. "Logo" bölümündə isə apple şirkətinin “alma” şəkli yer alıb.


1993-cü ildə yayımlanan bir bölümündə isə divardakı tabloda əkiz qüllələrə bənzər bir binanın tüstülərə büründüyü görünür.



Turan