Firdovsi Umudovun 14 yaşlı qızından dünyaya ingilis dilində ÇAĞIRIŞ: " Bu, erməni terrorizmidir !" - Video

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, güləş üzrə Dünya Kubokunun sahibi, tanınmış idman ustası Firdovsi Umudovun 9-cu sinifdə oxuyan qızı Fidan Umudova sentyabrın 27-dən etibarən işğalçı Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları, bu haqq savaşımızda müzəffər ordumuzun bir neçə rayon, kənd və yüksəklikləri düşməndən azad etməsi və düşmənin Gəncədə mülki əhalini raket atəşinə tutması ilı bağlı dünyaya ingilis dilində çağırış edib.



"Sherg.az" həmin müraciəti 3 dildə təqdim edir:
 
Azərbaycan dilində:

 Salam, dünya. Mənim adım Fidan Umudovadır. Mən Azərbaycanda doğulmuşam və yaşayıram və bu gün ölkəmizdə yaranmış vəziyyət haqqında, xüsusən torpağımın dinc əhalisinin erməni terrorçuları tərəfindən hücumlara məruz qalması haqqında danışmaq istəyirəm.
Ondan başlamaq istəyirəm ki, biz işğal olunmuş ərazilərimizin 20 faizni təxminən 30 ildir geri qaytarmağa çalışırıq. Biz 30 ilə yaxındır ki, bu münaqişənin sülh yolu ilə həll olunmasında dünya birliyindən yardım gözləyirik. Ancaq Ermənistan tərəfi bir neçə dəfə cəhd göstərdi ki, bizim mövqelərimizə hücum etsin. Ona görə də biz cavab verdik və tarixi torpaqlarımızı müharibə yolu ilə geri qaytarmağa başladıq. Ordumuz artıq bir neçə rayon və kəndi geri qaytarmışdır və bu faktla razılaşmayan erməni təcavüzkarları Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməyə başlamışlar, Bu şəhərlər hərbi əməliyyatlar zonasından kənardırlar. Dinc əhali yatarkən bu zərbələr gecə tətbiq olunur. Uşaqlar da daxil olmaqla bir çox qurban var. Bu, artıq müharibə deyil, terrorizmdir. Dünya birliyi buna göz yumur. Artıq biz susmuruq. Bütün dünya, səslərimizi eşidin. Qarabağ Azərbaycandır!

İngilis dilində

Hello world. My name is Fidan Umudova. I was born and raised in Azerbaijan, and today I want to talk about the current situation that is happening in my country, namely about the attack by Armenian terrorists of the civilian population of my country.
I want to start by saying that for almost 30 years we have been trying to return 20% of our occupied territories by peaceful negotiations. For almost 30 years we have been waiting for help from the world community to peacefully settle this conflict, because we do not want war. But the Armenian side several times tried to attack our positions. Therefore, we retailed and began to return our historical lands by military means. Our army has already returned several villages and regions. And the Armenian aggressors, who did not accept this fact, began to launch missile strikes to Ganja and Mingecevir, these cities are outside the zone of military operations. There are many victims, including children. This is nor war, this is terrorism. We can no longer remain silent. I ask you all to hear us out and spread the awareness. Karabakh is Azerbaijan

Rus dilində

Привет, мир. Меня зовут Фидан Умудова. Я родилась и живу в Азербайджане, и сегодня я хочу поговорить о ситуации, которая происходит у меня в стране, а именно об атаке Армянскими террористами мирного населения моей земли.
Хочу начать с того, что мы почти 30 лет пытаемся вернуть 20% наших оккупированных территорий. Почти 30 лет мы ждём помощи от мирового сообщества помощи в мирном урегулировании этого конфликта, потому что мы не хотим войны. Но Армянская сторона несколько раз пыталась атаковать наши позиции. Поэтому, мы дали ответный удар и начали военным путём возвращать наши исторические земли. Наша армия уже вернула несколько районов и деревень, и не смирившиеся с этим фактом Армянские агрессоры, начали наносить ракетные удары по Гяндже и Мингечауру, эти города находятся вне зоны военных действий. Эти удары наносятся ночью, когда мирное население спит. Есть очень много жертв, в том числе и дети. Это не война, это уже терроризм. Мировое сообщество закрывает на это глаза. Мы больше не можем молчать. Прошу вас всех услышать наши голоса. Карабах - это Азербайджан.

Qeyd edək ki, F.Umudov da istər bir idmançı kimi, istərsə də məşqi və vətəndaş kimi daim öz vətənpərvərliyi, vətənə, millətə, dövlətə və bayrağa olan sevgisi ilə xüsusi seçilib. Ölkədə və ölkə hüdudlarından kənarda baş tutan beynəlxalq yarışlarda qalib idmançılarımızı çiyinləri üzərinə qalıdırıb, üçrəngli şanlı bayrağımızı dalğalandırması fikirlərimizin əyani sübutudur. Əlbəttə, atalar yaxşı deyib: "Ot öz kükü üstündə bitər". Bir sözlə, 14 yaşlı Fidan balamızın da bu milli-vətənpərvər çağırışı və ya müraciəti genetik kodlardan irəli gəlir.  Yaşasın, Azərbaycan gəncliyi !