Təxribat səngimir! – "Ruslar Azərbaycan-Ermənistan sərhədinə..."

“Odur ki, məsələ ən qısa zamanda birdəfəlik həllin tapmalıdır: ya hərbi, ya da siyasi yolla”


Dünən saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 Keçmiş baş nazir, Azərbaycan Xalq Pariyasının sədri Pənah Hüseyn bu barədə “Sherg.az”a açıqlamasında bildirdi ki, düşmənə adekvat reaksiya göstərmək lazımdır:

 “Təxribatın Ermənistandakı iqtidarın, yaxud revanşistlərin əməli olduğunu deyə bilmərəm. Bütün hallarda Müdafiə Nazirliyinin yaydığı məlumat əsas götürülməlidir. Və hər provokasiyaya elə cavab verilməlidir ki, düşmən daha belə arzuya düşməsin. Təxribatı Ermənistanda seçkilərdən sonrakı vəziyyət və rus silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi meyilləri ilə izah edənlər var. Odur ki, məsələ ən qısa zamanda birdəfəlik həllin tapmalıdır: ya hərbi, ya da siyasi yolla”.