Qarabağ iqtisadi zonası:“Xankəndinin Azərbaycan ərazisi olduğu təsdiqləndi”

“Sənəd həm iqtisadi, həm də siyasi cəhətdən pozitiv nəticələrə səbəb olacaq”

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanına əsasən Qarabağ iqtisadi rayonu yaradılıb. Fərmanda qeyd edilib ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sənədin əhəmiyyətini “Sherg.az”a qiymətləndirdi: 

“Torpaqların azad olunması ilə əlaqədər olaraq buna ehtiyac var idi. Fərman  Xankəndinin də Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Beləliklə, işğal olunmuş bütün ərazilər tam şəkildə ölkəmizin suverenliyinə daxil edilir. Fikrimcə, sənəd həm iqtisadi, həm də siyasi cəhətdən pozitiv nəticələrə səbəb olacaq”.